Azərbaycan sonsuzadək beynəlxalq birlikdən ədalət gözləyə bilməzdi- ÖZƏL

"Azərbaycan sonsuzadək beynəlxalq birlikdən ədalət gözləyə bilməzdi. Buna görə də 2020-ci ildə Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə apardığı Vətən müharibəsinin gedişində təkcə Xocalı qurbanlarının deyil, həm də bütün şəhidlərimizin qanını döyüş meydanında düşməndən aldı, Vətən torpaqlarını işğaldan azad etdi". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyevin sözlərinə görə, keçən il isə, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu: "Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi, qədim Azərbaycan şəhəri olan Xocalıda da müqəddəs bayrağımızı qaldırdı. Baxmayaraq ki, Ermənistan dövləti, həmçinin o vaxt da və indi də onun arxasında duran eyni qüvvələr, eyni ölkələr əllərindən gələni edirdilər ki, bu hadisə ört-basdır edilsin, Ermənistan məsuliyyətə cəlb olunmasın, Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq edilməsin və onlar cəzasız qalsın bütün bu səylər heç bir nəticə vermədi. Bu gün əlləri dinc azərbaycanlıların qanlarına bulaşmış erməni qatillərindən bir çoxu artıq Azərbaycan qanunları qarşısında cavab verir və bu aqibət Xocalı qətliamının, eləcə də xalqımıza qarşı törədilmiş başqa cinayətlərin bütün digər iştirakçıları üçün də qaçınılmazdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31