Nazirlərin görüşü BAŞLADI
28 Fevral 2024 13:32 SiyasətErmənistanın xarici işlər naziri Ararat Mirzoyanın və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş başlayıb.
Nazirlər Almaniyanın Berlin şəhərində görüşürlər.
Berlin görüşü Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş" layihəsi üzrə danışıqların növbəti raundudur.
Nümayəndə heyətlərinin Almaniyanın rəsmi şəxsləri ilə görüşlər keçirməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31