Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və erməni həmkarı Ararat Mirzoyan arasında görüş keçiriləcək.

Görüş almaniyanın paytaxtı Berlində baş tutacaq.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş" layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək.

Qeyd edək ki, səfər çərçivəsində Ceyhun Bayramovun Almaniyanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31