Azərbaycan dünyada böyük nüfuz sahibi olan dövlətə çevrilib- ÖZƏL
28 Fevral 2024 11:13 Siyasət"Tam əminliklə deyə bilərik ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi və yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz yeni yeni uğurlara, yeni-yeni qələbələrə imza atacaqdır". "Olaylar" xəbər verir ki, bunu YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev deyib: "Bu gün Azərbaycan müstəqil siyasət yürüdür və öz milli maraqları çərçivəsində, beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan nəinki regionda, beynəlxalq aləmdə böyük nüfuz sahibi olan bir dövlətə çevrilmişdir. Bu gün tarixi qan yaddaşımızın simvoluna çevrilən Xocalı azaddır və digər işğaldan azad olunmuş ərazilərimiz kimi Xocalı şəhərində də üç rəngli şanlı bayrağımız qürurla dalğalanmaqdadır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31