İllər, əsrlər keçsə də Xocalı hadisələri Azərbaycan xalqının yaddaşından silinməyəcək- ÖZƏL

" 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu Ermənistan ordusunu darmadağın edərək torpaqlarımızın böyük bir hissəsini işğaldan azad etdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamilə Əliyeva deyib: "2023-cü ildə isə Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı da daxil olmaqla bütün torpaqlarımız separatçılardan təmizləndi. 2023-cü ilin oktyabr ayının 15-də Prezident İlham Əliyev Xocalıda və Xankəndində Azərbaycan bayrağını dalğalandırdı və bu tarixi gələbəmizin təntənəsi, Xocalı qurbanlarının qisasının alındığı tarixi gün oldu. Artıq Xocalı yenidən qurulur. Növbəti ayda 50 Xocalı ailəsi öz doğma evlərinə dönəcəklər, lakin illər, əsrlər keçsə də Xocalı hadisələri nə xocalıların nə də Azərbaycan xalqının yaddaşından silinməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31