Ermənistan təxribatlarında daşnaklardan istifadə edə bilər- ÖZƏL
28 Fevral 2024 11:00 Siyasət"Pasinyan Parisdə olarkən Fransa prezidenti E.Makron Nikolu daşnakların lideri Murad Papazyanla görüşdürüb və onları barışdırmaq üçün dəridən qabıqdan çıxıb". "Olaylar" xəbər verir ki, bunu deyən hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Papazyanin açıqlamaları hələlik konkret nəticə barədə nəsə deməyə əsas vermir, amma Ermənistanı fasiləsiz olaraq silahlandıran Makron onlarla həm birlikdə, həm ayrı ayrılıqda bir neçə dəfə görüşməsi, aşkar şəkildə Azərbaycana qarşı olan hər iki tərəfin səylərini birləşdirmək, ardınca isə yeni təxribatlar törətməklə eskalasiya yaratmaq məqsədi daşıyır:
"Daha əvvəlki təxribatlarda "Yekrapah" terrorçularının xidmətindən yararlanan Ermənistanın növbəti təxribatlarında daşnaklardan istifadə edəcəyi ehtimalı getdikcə artır. Ermənistan tərəfindən Azərbaycana qarşı atılan ən kiçik addım çox sərt şəkildə cəzalandırılacaq. Buna kimsənin şübhəsi olmasın".