Düşmən tarixi məqam və fürsət gözləyir- ÖZƏL

"Ermənilər düşünürdülər ki, Xocalı soyqırımını törətməklə, Azərbaycan xalqının döyüş əzmini və mübarizə ruhunu qıra biləcəklər. Ancaq Qarabağ zəfəri göstərdi ki, onlar xalqımızın başına nə qədər faciə və müsibət gətirsələr də Azərbaycan xalqı əyilmədi, sınmadı". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə,  Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız yumruq kimi birləşib, qəhrəman Vətən övladlarının şücaəti nəticəsində bütün torpaqlarımızı azad etdilər:
"Bu gün isə qarşıda yeni hədəf və məqsədlər var. Xalqımızın yeni Xocalı hadisələrini yaşamaması üçün hər birimiz ciddi səylə çalışmalıyıq. Biz "Tarix təkrarlanır" ifadəsini tez-tez işlədirik. Düşünürəm tarix xalqlar onların başına gətirilə faciə və müsibətləri unudanda, nəticə çıxarmayanda təkrarlanır. Bəli biz güclüyük, ancaq tam arxayınlaşmaq da olmaz. Çünki düşmən yenə də pusqudadır. Xalqımızın başına yeni faciə və müsibətlər gətirmək üçün yeni planlar qurur, tarixi məqam və fürsət gözləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31