Azərbaycan öz torpağını tələb edir-Əziz Əlibəyli-ÖZƏL

"Ermənistanın bunu qəsdən yaratmağına ehtiyac yoxdur, çünki, Azərbaycan öz torpağını tələb edir. Rəsmi qayda da ölkə rəhbərinin də burda mövqeyi var".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli qeyd edib:

"Həm də bu mövqeyin sülh çağırışları ilə yanaşı digər notlara söykənməsini də dəfələrlə görürük. Nəinki Azərbaycan öz 8 kəndindən imtina etməlidir, bu 8 kəndin 7-nin yerləşdiriyi Qazax bölgəsi Gürcüstan-Ermənistan yolunun üstündə yerləşir. Kərki kəndi İran-Ermənistan yolunun üzərində yerləşir. Azərbaycan faktiki Ermənistanın bütün xarici damarlarına nəzarəti əlinə alacaq gücdədir və bunun sadəcə sülh müqaviləsi çərçivəsində rahatlıqla həyata keçirmək istəyir. Amma biz bunun qarşılığında Ermənistanda artan hərbi dinamikanı, artan hərbi ritorikanı, müharibə cəhdini görürük. Əlbəttə, qarşımızda heç bir müqaviləmiz yoxdursa, bu proses yenidən ərazi bütövlüyünün pozulmasına, mülki şəxslərin, hərbiçilərimizin ölməsinə gətirib çıxarırsa, addım atmaq zərurəti yaranır. Bu təkcə alternativ zərurət məsələsi deyil, həm də preventiv zərbə anlayışı ilə qabaqlayıcı tədbir görmək deyirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31