Bu gün bizə demokratiya satmağa çalışanlar öz mənfəətləri uğrunda kolonialist, vəhşi kapitalistdirlər-Kazım Kazımov-ÖZƏL

"Bildiyiniz kimi İstanbulda keçirilən "Dekolonizasiya: İntibah dövrünün başlanğıcı" tədbiri Bakı Təşəbbüs Qrupu tərəfindən həyata keçirilmişdir". 

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Tətqiqat xüsusən BMT rəsmisi Karlayl Korbin iştirak etməsi və onun burada Azərbaycanın bu məsələdəki həssasiyətinə vurğu etməsi önəmli bir prosesdir. Biz bilirik ki, son illərdə Azərbaycanın ən böyük xarici siyasət strategiyaları arasında dekolonizasiya ilə mübarizə də vardır. Çünki, Azərbaycan özü vaxtilə koloniyalaşdırılmış bir ölkə olmasa da, təəssüf ki, koloniyalara oxşar işğallardan əziyyət çəkmişik. Çar Rusiyası işğalını görmüşük. Daha öncələr də bir çox işğallarla qarşı-qarşıya qalmışıq. O cümlədən Azərbaycan Qarabağ işğalı ilə qarşı-qarşı qaldığı üçün biz çox yaxşı bilirik ki, işğal, koloniyalaşdırma nə deməkdir. Təbii ki, Azərbaycan heç bir zaman koloniya olmayıbdır. Ancaq koloniya olmasa da, onu ələ keçirmiş dövlətlər tərəfindən istismar edilirdi. Azərbaycanın da Qarabağ kimi möhtəşəm bölgəsi 30 ilə yaxın erməni separatçıları tərəfindən istismar edilmişdir. Bu gün özünü azadlıq carçısı görən, guya dünyaya beynəlxalq hüquqdan dərs verən ölkələr, başda Fransa olmaqla bu gün hələ də faktiki olaraq işğalla məşğuldurlar. Ona görə də Azərbaycan xüsusən, Qərbin bu ikiüzlü siyasətini açığa çıxarmaq, üzə vurmaq üçün belə tədbirıər keçirməsi Azərbaycan tərəfindən çox uğurlu addımdır. 21-ci əsrdə biz açıq bir şəkildə göstəririk ki, bu gün bizə demokratiya satmağa çalışanların özləri əslində, öz mənfəətləri uğrunda sovurucudurlar, kolonialistdirlər, vəhşi kapitalistdirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31