O politoloqlar Paşinyana sual versinlər ki…-Zeynal Əmrəliyev- ÖZƏL

"Azərbaycan tərəfi dəfələrlə bu məsələ ilə bağlı öz mövqeyini bildirib. Anklavda olmayan 4 kənd qaytarılır, anklavda 4 kəndin taleyi ilə bağlı isə danışıqlar aparılır. Ancaq erməni tərəfi bu məsələni qəsdən qəlizə salmağa çalışır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Məqsəd bu tərəfdə vəziyyəti gərginləşdirməkdir. Biz xüsusilə həmən tərəfdə  erməni təxribatlarının artmasının şahidi oluruq. O kəndləri azad etmək əlbəttə ki, Azərbaycanın tam hüququdur. O ərazilər beynəlxalq hüquqla tanınmış  Azərbaycan əraziləridir və bu məsələdə ədalət bizim tərəfimizdədir. Ancaq Azərbaycan hər zaman olduğu kimi yenə də bu məsələnin sülh yolu ilə həll edilməsini istəyir. Ermənistanın bu mövqeyi şübhəsiz ki, Qərbin diqqətini bura cəlb etmək, bölgədə müharibə olacağı barədə həyəcan yaratmaqla daha çox yardım almaqdır. Paşinyan hökumətinin digər bir məqsədi isə daxili çətinlikləri bu yolla manipulyasiya etməkdir. Azərbaycan öz mövqeyini bildirib. Ermənistan yeni bir müharibə istəyirsə, Azərbaycan ordusu onların başını əzməyə hər an hazırdır. Ancaq onlar düşünməlidirlər ki, bu onların məhvinə səbəb olacaq. Erməni politoloqları bu cür təxribatlı açıqlamalar verdiyi yerdə bir də öz hökumətlərinə sual versinlər ki, niyə sülh müqaviləsinə mane olacaq addımlar atır ? Sərhəddə o təxribatçı qrupların işi nədir ? O politoloqlar Paşinyana sual versinlər ki, niyə Münhendə sülhə doğru açıqlamalar verdiyin halda Parisdə başqa cür danışıb bu münasibəti pozursan ? Sual versinlər ki, "sizi Makrondan çəkindirən nədir ki, onu görən kimi əvvəl dediyiniz sözləri unudursunuz ". Nəhayət, erməni politoloqlar Baş nazirlərini başa salmalıdır ki, bu məsələ sülh yolu ilə həll edilməlidir. Əks halda Bakıda Qənimətlər parkında bu dəfə Fransa və Hindistan silahları nümayiş etdiriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31