Fransanın atdığı addımlar birbaşa ölkənin nə qədər dözümsüz olduğunu göstərir-Tural İsmayılov- ÖZƏL

"Bu gün Fransa insanların müstəqillik əzmini və istəklərini göz görə- görə qətl etməyə çalışır". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Əlbəttə ki, çağdaş dünyaya neokolonializm kimi qəbuledilməz bir anlayışı gətirən bir ölkədən bundan artığını da gözləyə bilmərik. Fransanın atdığı addımlar birbaşa ölkənin nə qədər dözümsüz olduğunu göstərir. Əslində, Martinik də daxil olmaqla  Korsikada, Kaledoniyada və  özünün coğrafi sərhədlərinə aid olmayan yerlərdə müstəmləkəçilik və neokolonializmi davam etdirən Fransanın bu gün bu tip addımlarla vəziyyəti gərginləşdirməyə çalışması əsla qəbul edilən bir hal deyil. Fransa müstəmləkə əsarətində saxladığı adalarda və eyni zamanda, coğrafiyalarda törətdiyi vəhşiliklərə görə dünya tərəfindən layiq olduğu qiyməti almır. Əlbəttə ki, Fransanın etdiyi əməllərə görə cavabdehlik daşımadığını hiss etməsi, onun daha da azğınlaşmasına və aqresivləşməsinə səbəb olur. Fransanın da neokolonializmə qarşı mübarizə aparan fəallara qarşı həyata keçirdiyi bu kütləvi repressiyyalar onun real mahiyyətini və nə qədər idbarlaşdığını növbəti dəfə ortaya qoymuş olur. Lakin Fransanın bu addımları dekolonizasiyaya  mənfi təsir göstərə bilməz. Çünki, artıq dünyanın müxtəlif fərqli coğrafiyalarında böyük insan haqları baş qaldırıb. Fransa Afrikadan və başqa koloniyalarından qovulur. Bu gün Fransanın müstəmləkə əsarətində saxladığı coğrafiyaların xalqları mətin və eyni zamanda, aydın şəkildə Fransanın neokolonializminə qarşı mübarizə aparırlar. Hesab edirəm ki, insanların incidilməyinə, milli haqlarını tələb edənlərin sıxışdırılmasına baxmayaraq  Fransa neomüstəmləkəçiliyinə qarşı mübarizə davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31