Almaniyanın vasitəçiliyi müsbət nəticə verə bilərmi?- ÖZƏL

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri fevralın 28-29 da Berlində görüşəcək. Münhen Təhlükəsizlik Konfransında Almaniya kansleri  O. Şoltsun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşündə xarici işlər nazirlərinin bir araya gəlməsi razılaşdırılmışdı. Nazirlərin Berlində görüşü  Almaniyanın vasitəçiliyini önə çıxartdı". "Olaylar"ın məlumatına görə, bunu deyən MCP Başqanın müavini Məhəmməd Əsədullazadənın sözlərinə görə,  bununla  Azərbaycan Almaniyaya etimad etməklə, Fransanın vasitəçiliyinə son qoymuş oldu: 
"Fransanın Ermənistanı silahlandırması, birtərəfli şəkildə E. Makronun Yerevanı dəstəkləməsi ilə paralel vasitəçi ola bilməzdi. Bu, Azərbaycanin diplomatik qələbəsi ilə yanaşı Almaniyanın da Cənubi Qafqazda geosiyasi mövqelərini gücləndirməsinə yaşıl işıq yandırdı. Cənubi Qafqazda Azərbaycan Fransa ilə Almaniyanı üz-üzə gətirir. Ümumiyyətlə, Berlinin vasitəçiliyinə Azərbaycan daima etimad  edib. Hətta keçmiş Minsk qrupunun həmsədri kimi Fransanın yerinə  Almaniyanın vasitəçiliyini irəli sürürdü. Almaniyanın vasitəçi kimi ədalətli mövqe ortaya qoyur. Xarici işlər nazirlərinin Berlində görüşündə sülh müqaviləsinin detalları müzakirə ediləcək. Azərbaycan Almaniya ilə əlaqələri inkişaf etdirməklə, Avropa Şurasında nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməsinə nail ola bilər. Azərbaycan Almaniya ilə hərbi -texniki əməkdaşlıq istiqamətinda danışıqlar aparması mümkündür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31