QDİƏTPA Beynəlxalq Katibliyi adından AŞPA-ya məktub ünvanlanıb
27 Fevral 2024 12:46 SiyasətQDİƏTPA-nın vitse-prezidenti və qurumdakı Türkiyə nümayəndə heyətinin rəhbəri Fatih Dönmez, vitse-prezident və Albaniya nümayəndə heyətinin rəhbəri Petro Koçi, vitse-prezident və Gürcüstan nümayəndə heyətinin rəhbəri Ramaz Nikolaşvili, həmçinin Ukrayna nümayəndə heyətinin rəhbəri Anna Purtova, Serbiya nümayəndə heyətinin rəhbəri İqor Beçiç və Yunanıstan nümayəndə heyətininr əhbəri Konstantinos Vlasis AŞPA prezidenti Teodoros Rusopulosa QDİƏTPA-nın Beynəlxalq Katibliyi adından məktub ünvanlayıblar. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, məktubda Teodoros Rusopulosa AŞPA-nın prezidenti seçilməsi münasibətilə təbrik ifadəol unur, həmçinin QDİƏTPA və AŞPA arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcəkp erspektivlərinə toxunulur.
Qeyd olunur ki, ötən müddət ərzində QDİƏT PA demokratiya və qanunun aliliyinə hörmət edən Avropa institutları ilə faydalı əməkdaşlıq edib, lakin təəssüf ki, həm QDİƏTPA-nın, həmdə AŞPA-nın üzvü Azərbaycan AŞPA-da səsvermə hüququndan məhrum olunub.
Məktub müəllifləri Cənubi Qafqazın aparıcı dövlətlərindən biri olan Azərbaycanın insane hüquqlarına hörmətlə yanaşdığını vurğulayaraq, yaxın gələcəkdə Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsvermə hüququnun bərpa ediləcəyinə ümidlərini ifadə ediblər.