Ali Baş Komandanın Xocalıda bizim böyük xalq olduğumuzu vurğulaması tam yerində və günündə idi- ÖZƏL
27 Fevral 2024 11:59 Siyasət"Müzəffər Ali Baş Komandanımızın Xocalıda bizim böyük xalq olduğumuzu vurğulaması tam yerində və belə demək mümkünsə, günündə idi". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib: "Ermənistanı qoyaq qırağa, onu öz sivilizasiyasından sayan və böyük sanılan bəzi yırtıcılar istərdilərmi ki, Xocalı soyqırımının 32-ci ildönümü orada anılsın. Əlbəttə yox. Məhz ona görə onlar gözləri qarşısında baş verənləri görmək istəmir, Xocalıda törədilən vəhşiliyi soyqırımı kimi tanımır, Prezidentimizn təbirincə desək, ədalətsizlik və vicdansızlıq edirdilər. Onların təkidli şəkildə qarşı çıxmalarına rəğmən Azərbaycan öz torpaqlarını işğaldan qurtarıb üzərində suverenliyini tam təmin edəndə isə əllərində lupa fakt axtarırdılar ki, bizi hərbi cinayət törətməkdə suçlandırsınlar. Amma böyük liderin rəhbərlik etdiyi bu böyük xalq son 30 ildə yüzlərlə dəfə kiçikliklərini gördüklərimizə bu fürsəti də vermədi:
"Həm 2020-ci ildə, həm keçən ilin sentyabr ayında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır və bunu hər kəs bilir və heç kim bizə heç bir irad tuta bilmir. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Halbuki hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq. Bu təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz böyük xalqın nümayəndələriyik. O xalqın ki, öz gücü ilə o əsarətdən çıxdı, o xalq ki, bir yumruq kimi birləşərək düşmənin belini qırdı, o düşmənin ki, onun arxasında o vaxt və bu gün böyük dövlətlər dayanır. O böyük dövlətlər dayanmasaydı, heç vaxt 1990-cı illərin əvvəllərində bizim torpağımız işğal altına düşməzdi. Biz o vaxt gücsüz idik, onların arxasında böyük qüvvələr dayanmışdır. Bu gün biz güclüyük və bəziləri bizə deyirlər ki, biz rəhm edək, amma onlar bizə rəhm etdilərmi ki?".