Bu tədbirdə iştirak etmək üçün Azərbaycana on minlərlə xarici qonaq gələcək-Tural İsmayılov-ÖZƏL
26 Fevral 2024 19:17 Siyasət"COP29 dünyanın ən vacib tədbirlərindən biridir".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Nəzərə almaq lazımdır ki, indiki dövrdə dünyanı təkcə siyasi iqtisadi çağırışlar maraqlandırmır, artıq uzun illər elm adamlarının çağırışından sonra nəhayət siyasətçilər başa düşürlər ki, dünyada ümumiyyətlə, siyasi-iqtisadi münasibətlər sisteminin davam edəcəyi bir Yer kürəsi üçün mütləq şəkildə iqlim həssaslığı və iqlim məsələlərində də ayıq-sayıq olmaq vacibdir. Azərbaycan artıq uzun illərdir ki, alternativ enerji mənbələri olan ölkə halına gəlibdir. Bu gün ölkəmizin yaşıl enerji və iqlim sahəsindəki fəallığı dünyanın böyük dövlətləri və təşkilatları tərəfindən kifayət qədər yüksək qiymətləndirilir. Əlbəttə ki, bu gün iqlimlə bağlı çağırışların aktuallaşdığı bir dövrdə, iqlim məsələlərinə bu qədər önəm verən Azərbaycanda COP29 kimi dünya səviyyəli, dünyanın ən vacib və sayısız iştirakçısının qatılacağı bir tədbirə ev sahibliyi etmək ölkəmizin bu sahədəki potensialını göstərir. Bu tədbirdə iştirak etmək üçün Azərbaycana on minlərlə xarici qonaq gələcək. Eyni zamanda, COP29 BMT nəzdindəki ən böyük tədbirlərdən biri hesab olunur. COP29-da həm innovasiya məsələlərinin yaşıl enerji ilə tətbiqi, həm müasir çağırışlar, həm də iqlim məsələləri ilə bağlı geniş məsələlər müzakirə ediləcək. Bu baxımdan da COP29-un təşkilat komitəsinin tərkibi də kifayət qədər zəngindir. Müxtəlif sahədə təmsil olunan insanlar COP29-un təşkilat komitəsində fəal şəkildə iştirak edirlər. Hesab edirəm ki, Azərbaycan bu tədbirə uğurla evsahibliyi edəcək".