Milli Məclisdə dinləmə keçiriləcək
26 Fevral 2024 17:34 SiyasətFevralın 28-də Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda ictimai dinləmə keçiriləcək.
Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin və Aqrar siyasət komitəsinin birgə təşkilatçılığı ilə keçiriləcək dinləmədə Milli Məclisin deputatları ilə yanaşı, müvafiq dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, bu sahənin ekspertlərinin və digər aidiyyəti şəxslərin iştirakı gözlənilir.
Tədbir iştirakçıları mövzu ilə bağlı fikirlərini bölüşəcəklər, rəy və təkliflərini səsləndirəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31