Azərbaycan cəmiyyəti eyni zamanda "Xocalıya ədalət"i istəyir-Oqtay Qasımov- ÖZƏL

"Xocalı soyqırımı XX əsrin xüsusilə də sonlarında törədilən ən böyük cinayətlərdən biri sayılır". Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a  açıqlamasında bildirib:

"Belə ki, erməni faşizminin, erməni cinayətkar dəstələrinin Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi ən böyük cinayət sayılır. Burada yüzlərlə dinc sakin, yaşlı, qadın, uşaq qətlə yetirilib, onlara qarşı insanlıqdan kənar işgəncələr verilib və qeyri-insani davranışlar sərgilənib. Bu cinayət soyqırım və etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi dəyərləndirilir.Bu Ermənistan dövləti, erməni terror təşkilatları tərəfindən həyata keçirilən cinayətlərdən biridir. Təbii ki, Azərbaycan xalqı 1992-ci ildən bəri Xocalının qisası ilə yaşayırdı və onun qisasının alınmasını arzulayırdı. Nəhayət, Azərbaycan ordusu həm 44 günlük Vətən müharibəsi, eyni zamanda, 19-20 sentyabr antiterror tədbirləri ilə Xocalı şəhidlərinin qisasını aldı. Azərbaycan bayrağı hal-hazırda Xocalıda dalğalanmaqdadır. Təbii ki, Azərbaycan cəmiyyəti eyni zamanda "Xocalıya ədalət"i istəyir. Yəni, Xocalı cinayətini törədən bütün cinayətkarların cəzalandırılmasını istəyir. Doğrudur, onların müəyyən hissəsi öz cəzalarını alıblar, amma müəyyən bir qismi, xüsusilə də Koçaryan, Sarkisyan kimi cinayətkarlar hələ də azadlıqdadır və düşünürəm ki, onların da cəzaları verildikdən sonra şəhidlərimizin ruhu rahat olacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31