Paşinyan: Almaniya İrəvanla Bakı arasındakı normallaşma ilə bağlı tədbirləri dəstəkləyir

Almaniya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi istiqamətində görülən tədbirləri dəstəkləyir.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Bundestaqın Hüquq Məsələləri Komitəsinin sədri Elizabet Vinkelmeyer-Bekerin başçılıq etdiyi nümayəndə heyəti ilə danışıqlar zamanı deyib.

Tərəflər həmçinin Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının mülki missiyasının fəaliyyətini müzakirə edib və Ermənistan-Almaniya və Ermənistan-Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıblar. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31