Ermənilər Azərbaycan xalqından üzr istəməli, təzminat ödəməlidir - ÖZƏL

"Xocalı soyqırımı tarixin ən qanlı cinayətlərindən biridir. Dəhşətli bir faciə, soyqırımdır.  Erməni terrorçu dəstələri  Rusiya ordusuna məxsus 366-cı alayın hərbçilərinin, texnikasının dəstəyi və  iştirakı ilə belə bir cinayəti düşünərək  gerçəkləşdiriblər və yüzlərlə insanı soyqırıma məruz qoyublar, öldürüblər, işgəncə veriblər, əsir götürüblər, güllələyiblər".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Bu zaman  qocalara, qadınlara, uşaqlara belə aman verməyiblər. Bu, erməni xislətinə uyğun bir davranışdır və ötən müddət ərzində də ermənilər, bu hadisəni törədənlər, erməni millətinin nümayəndələri, rəsmi şəxsləri, erməni xalqının heç bir nümayəndəsi  Azərbaycan xalqından üzr istəməyib. Bu soyqırımı cinayətinə görə Ermənistanda bu hadisəni törədənlərin cəzalandırılmasını müşahidə etməmişik və indi onlar qalxıb sülhdən, sülh sazişi ilə birgə qonşuluqdan və yaxud da ki, bizim onlara hər hansı bir olmayan təcavüzümüzdən utanmadan danışırlar. 
Azərbaycan bu məsələləri öz gücünə gerçəkləşdirdi. Ədaləti bərpa elədik, torpaqlarımızı qaytardıq. Xüsusən bizim namus ləkəmiz olan Xocalını qəhrəman ordumuz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında  təmizlədi. İndi biz kadrlara, videolara, şəkillərə baxırıq. 32 il əvvəl həmin ərazidə Xocalıdakı hansı ki, ərazilərdən ayaqyalın, başaçıq, qarın, soyuğun içərisində didərgin salınan, qovulan, qaçan insanlar, o körpələr, uşaqlar, gənclər, yaşlı nəsil insanlardan sağ qalanlar geri qayıdırlar və biz dəhşətli hadisələrin şahidi oluruq, içimiz sızlayır. Amma həm də qürurlanırıq ki, ordumuz bu ədalətsizliyi aradan qaldırdı. Biz o ərazilərə qayıtdıq və bu dəfə əbədi qayıtdıq. Bu hadisəni törədənlər, buna bənzər Azərbaycan xalqına qarşı cinayət törədən separatçıların bir qismi Bakıdadır, mühakimə olunurlar, xalqımızın qarşısında onlar istintaq olunur, istintaqı gerçəkləşdirilir və onların layiqli cəzalarını alacaqlarına inanıram. Bundan sonra da belə olacaq və bu cinayəti törədənlərin, sağ qalanlar, onların təmsilçiləri, törəmələri, bütövlükdə Ermənistan, erməni xalqı Azərbaycan xalqından üzr istəməli, təzminat ödəməlidir. Bu hadisəni gerçəkləşdirənlər, Köçəryan, Sərkisyan kimiləri planlaşdıranlar başda olmaqla ağır şəkildə cəzalandırılmalıdır. Yalnız konstitusiya dəyişməklə, "sülh istəyirəm" deməklə olmaz. Bu hadisələrə də qiymət verilməlidir və aidiyyəti şəxslər layiqli şəkildə cəzalandırılmalı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31