Dünya tərəfindən bu tədbirə maraq böyük olacaq-Vüqar Əhmədov- ÖZƏL

"COP-29-la bağlı təşkilati işlər beynəlxalq standartlara uyğun təşkil olunur, təşkilat komitəsinə vətəndaş cəmiyyətindən və iqlim və ətraf mühit sahəsində fəaliyyət göstərən mütəxəssislərin daxil edilməsi onu göstərir ki, bu geniş tərkibli heyətdır və müxtəliflik, cəmiyyətin bütün təbəqələrinin təmsilçiliyi təmin olunub".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib:

"Bu da imkan verecək ki, COP-29 tədbirinin bütün seqmentlər üzrə yüksək səviyyədə təşkil olunmasına nail olunsun. Bildiyimiz kimi COP-29 çərçivəsində həm də iş adamları, gənclər və qadınlar və digər təbəqələr üzrə görüşlər keçirilir. Bakıda keçiriləcək COP-29-da bu amillər təmin olunduğundan yəqin ki,  dünya tərəfindən bu tədbirə maraq   böyük olacaq. Əminəm ki, yeni Təşkilat Komitəsi işinin öhdəsindən yaxşı səviyyədə gələ biləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31