Prezidentin köməkçiləri "Ana harayı" abidəsini ziyarət etdilər - FOTO
26 Fevral 2024 12:00 SiyasətXocalı faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Prezidentinin köməkçiləri Hikmət Hacıyev, Zeynal Nağdəliyev, Ədalət Vəliyev, Fuad Ələsgərov, Natiq Əmirov və Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov da Xocalı soyqırımı abidəsini ziyarət ediblər.
Olaylar.az xəbər verir ki, rəsmilər soyqırımı abidəsinin önünə gül dəstələri düzüb, faciə qurbanlarını ehtiramla yad ediblər.
Qeyd edək ki, bu gün-26 fevral Xocalı faciəsinin 32-ci ildönümüdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31