Qərbdəki bəlli çevrələr bizə heç vaxt dost olmayıblar- ÖZƏL
30 Yanvar 2024 11:29 Siyasət"Qərbdəki bəlli çevrələr bizə heç vaxt dost olmayıblar, amma Azərbaycana yanaşmada son üç ildəki qədər qərəzli və özlərini tam gözdən salacaq bir şəkildə də davranmayıblar". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, bu isə təkcə bizim izinləri olmadan torpaqlarımızı azad etməmiz, regiondakı reallığı dəyişməmizlə bağlı deyil: Bu, həm də onunla bağlıdır ki, onların hər şeyi əvvəlki axarına qaytarmaları üçün nə sərt, nə də yumşaq güc potensialları yetərlidir. Ona görə də maskalarını çıxararaq açıq şantaja keçir, Avropa Şurası Parlament Assambleyasındakı kimi harada mümkünsə, orada xırda da olsa, bir pislik etməyə çalışırlar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31