Beynəlxalq təşkilatlar seçki bülletenlərinin paylanmasını yaxından izləyib
30 Yanvar 2024 11:09 Siyasət2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin əməkdaşları, eləcə də müvafiq dairə seçki komissiyalarının sədrləri və katiblərinin də iştirakı ilə Milli Məclisin Mətbəəsində seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb.
Olaylar.az Secki-2024.az-a istinadən xəbər verir ki, proses açıq və şəffaf şəkildə həyata keçirilib.
Beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları, media nümayəndələri və maraqlı seçki subyektlərinin prosesi yaxından izləyə bilmələri üçün hər cür şərait yaradılıb.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31