“Dəmir yumruq” gücümüzün, birliyimizin rəmzinə çevrilib- ÖZƏL

"Son 20 ilin uğurlarını sadalamaqla bitməz. Cənab İlham Əliyev beynəlxalq miqyasda yeni liderlik modeli yaratdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. Qalibiyyət rəmzi olan üçrəngli bayrağımız 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanır. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrilib". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclisin deputatı Məşhur Məmmədovun sözlərinə görə, bu gün böyük qürur hissi ilə qalib xalqın qalib Liderinin Azərbaycana qazandırdığı uğurlardan və onların fonunda qədəm qoyduğumuz yeni dövrün hədəflərindən bəhs edirik:
 "Dəmir yumruq" gücümüzün, eyni zamanda, birliyimizin rəmzinə çevrilib. Qurucu Lider olan cənab  İlham Əliyev işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın reallaşması istiqamətində böyük  qətiyyət və əzmkarlıq göstərir. Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlişin mütərəqqi nümunəsini dünyaya təqdim edir. Artıq bir sıra yaşayış məntəqələrinə keçmiş məcburi köçkünlər qayıdıb. Cari ildə bu torpaqlara qayıdış davam edəcək. Bu torpaqlar sözün əsl mənasında cənnət məkana çevrilir. Qarşıda yeni hədəflər dayanır. 7 fevral prezident seçkiləri yeni dövrün başlanğıcı olaraq bu hədəflərin uğurlu icrasına yol açacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31