İlham Əliyevin idarəçilik məharəti ona xalq arasında sonsuz inam qazandırıb- ÖZƏL

Ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Masallı şəhər Mədəniyyət Evində seçicilərlə növbəti  görüş keçirilib. "Olaylar" xəbərinə görə, YAP Masallı rayon təşkilatından bildirilib ki, görüşdə əvvəlcə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
Görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, həmkarım Anar İsgəndərov və təşviqat qrupunun üzvləri çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin  fəaliyyətə başladığı ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti ona xalq arasında böyük rəğbət, sonsuz inam qazandırıb. Məhz buna görə xalqımız 2003, 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyevi öz müstəqil dövlətinə yenidən rəhbər seçib.
Natiqlər seçiciləri fevralın 7-də mütəşəkkil şəkildə seçki məntəqələrinə gələrək qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar. Görüşlərdə çıxış edən seçicilər bildiriblər ki, qarşıdan gələn prezident seçkilərində haqq-ədalətə, suveren Azərbaycanın xoş-firavan  gələcəyinə, cənab İlham Əliyevə  səs verəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31