Ceyhun Bayramov Qoşulmama Hərəkatının zirvə görüşündə çıxış etdi - FOTO
19 Yanvar 2024 14:42 SiyasətAzərbaycan Qoşulmama Hərəkatına sədrliyi Uqandaya təhvil verib.
Olaylar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Uqandanın paytaxtı Kampala şəhərində Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının 19-cu zirvə görüşündə iştirak edib.
"Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə Görüşündə hərtərəfli hesabat təqdim edilib. Azərbaycan Qoşulmama Hərəkatının Üçlüyü çərçivəsində Hərəkatın daha da güclənməsinə və inkişafına töhfə verməyə sadiqdir" - deyə bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31


