Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycanın çoxəsrlik tarixində ən parlaq hadisədir- ÖZƏL
19 Yanvar 2024 13:04 Siyasət"Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfər Azərbaycanın çoxəsrlik tarixində ən parlaq hadisədir". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı Anar Məmmədov deyib: "Otuz il əvvəl dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə dönüşü ilə ölkəmizdə başlanmış yeniləşmə və inkişafın, Prezident İlham Əliyevin xalqımıza qazandırdığı tarixi Zəfərin işığında yeni bir mərhələyə yüksələn Azərbaycan daha böyük gələcəyin geniş üfüqlərinə doğru addımlamaqdadır. Azərbaycan Respublikası müstəqilliyin əldə edilməsi və möhkəmləndirilməsi, əbədiyaşar olması istiqamətində qətiyyətlə, əzmkarlıqla irəliləyərək XX əsrin sonlarında yenidən öz müqəddəs amalına - müstəqilliyə qovuşdu, onu qoruyub möhkəmləndirməyi bacardı, bütün dünyada nüfuzunu artıraraq qüdrətli dövlət oldu".