Milli inkişaf strategiyası nəticəsində ölkəmiz yüksək inkişaf dövrünü yaşayır- ÖZƏL
19 Yanvar 2024 12:06 Siyasət"Qalib Liderin qəbul etdiyi milli inkişaf strategiyası nəticəsində ölkəmiz bu gün yüksək inkişaf dövrünü yaşayır. Xarici və daxili siyasətdə əldə edilən uğurlar bu strategiyanın nə qədər düzgün və dəqiq planlaşdırıldığından xəbər verir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili, YAP İdarə Heyətinin üzvü Musa Quliyevin sözlərinə görə, aparılan daxili siyasət vətəndaşların yüksək rifaha çatdırılması milli inkişaf strategiyasının əsas məqsədlərindən biri olub: "Cənab İlham Əliyev rəhbərlik etdiyi müddətdə hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə deyib və eyni zamanda, bunu əməli fəaliyyətində də ortaya qoyub. Dünya iqtisadiyyatının böhran vəziyyətində belə ölkəmizə təsirlərin minimuma endirilməsi məhz bu strategiyanın effektivliyindən xəbər verir".