İlham Əliyev tariximizdə bir çox ilklərə imza atıb- ÖZƏL
19 Yanvar 2024 12:02 Siyasət"Azərbaycanı inkişaf yoluna çıxaran cənab İlham Əliyev özünün uzaqgörən, qətiyyətli və müdrik siyasəti ilə həm də xalqımızın tarixi arzusunu reallaşdıraraq, torpaqlarımızın işğaldan azad olunmasını təmin etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanı oldu". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili, YAP İdarə Heyətinin üzvü Musa Quliyevin sözlərinə görə, Ali Baş Komandan İlham Əliyev tariximizdə bir çox ilklərin müəllifi kimi, bu savaşda da yeni texnologiyaları tətbiq edərək müasir hərb dərsliklərinə düşəcək bir ilkə imza atdı: "Xalqımızın Zəfəri ilə başa çatan Vətən savaşının yaratdığı əsas reallıqlardan biri Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin başlanmasıdır. Bu mərhələdə qarşıya qoyulan prioritetlər bəllidir və Prezident İlham Əliyevin də elan etdiyi kimi, indi dövlətimizin milli ideyası işğaldan azad olunmuş ərazilərin bərpası, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Hazırda bütün dünya cənab İlham Əliyevin möhtəşəm quruculuq əzmi sayəsində Qarabağ və Şərqi Zəngəzurda keçirilən yenidənqurma işlərinə şahidlik edir".