İran bu proseslərdə pərdəarxası aktyor rolunu oynayır-Vüqar Əhmədov- ÖZƏL

"Birinci məsələ, məncə, İran öz daxilində yaşanan problemlər ucbatından öz proksi qüvvələri vasitəsi ilə belə münaqişə ocaqları yaratmaqda maraqlı görünə bilər. Daxildə olan problemlərdən diqqəti yayındırmaq məqsədi ilə bu addım atıla bilər". 

Bu sözləri Olaylar.az-açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov qeyd edib:

"Hazırda regiondakı vəziyyət deməyə əsas verir ki, Yaxın Sərqdə alovlanan müharibə digər bölgələrə sıçraya bilər və İran öz ətrafında gedən prosesləri nəzarətdə saxlamaq üçün Pakistanla bu addımı atır. Hazırda qırmızı dənizdə baş verənlər dolayısı ilə ABŞ-nin İsrail ilə birgə addımlarıdır və məqsəd İranın ətraf bölgələrdə təsirini zəiflətməkdir. Pakistan da istisna deyil, çünki Pakistan illərdir ABŞ-nin bölgədə əsas müttəfiqi olub və İran böyük ehtimal hesab edir ki, oradan da ona təhlükə gələ bilər. Yəqin ki, biz bu il ərzində Yaxın Şərqdən başlanan bu müharibə ocaqlarının digər bölgələrə keçəcəyinin şahidi olacıq. İran isə bu proseslərdə pərdəarxası aktyor  rolunu oynayır. Bəlkə də Qərbin planı İranı elə Pakistanın əli ilə böyük münaqişəyə cəlb etməkdir. Əgər belə olarsa, bu İrana ciddi sarsıdıcı nəticələr vəd edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31