Prezident seçkiləri ilə bağlı qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı açıqlanıb
18 Yanvar 2024 16:59 SiyasətBu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı açıqlanıb.
Olaylar.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.
O bildirib ki, bu günə qədər 26 minə yaxın müşahidəçi qeydiyyatdan keçib:
"Həmin müşahidəçilərin 22 mindən çoxu dairə seçki komissiyalarında qeydiyyatdan keçib", - deyə M.Pənahov bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31