Azərbaycan Fransanın Ermənistan layihəsini pozub
19 Yanvar 2024 11:01 SiyasətMəhz bu kimi amillər ölkəmizi məkrli qüvvələrin hədəfinə çevirib
Azərbaycanın öz ərazü bütövlüyünü təmin etməsi nəticəsində dünyada artan nüfuzu bir sıra ölkələrin "kürkünə birə salıb". Artıq müstəqil siyasət yürüdən Azərbaycan dünyada nüfuz sahibinə çevrilib, beynəlxalq aləmdə mövcud olan münaqişələr Azərbaycanda müzakirə edilir, ölkəmizin irəli sürdüyü təşəbbüslər beynəlxalq ictimaiyyət tərəfindən yekdilliklə qəbul edilir. Məhz bu kimi amillər ölkəmizi məkirli qüvvələrin hədəfinə çevirib. Elə Fransada fəaliyyət göstərən erməni lobbisi rəhbərlərinin və onların təsiri altında olan Fransa rəsmilərinin və siyasətçilərinin təhriki ilə Fransa Respublikası Senatının 2024-cü il yanvarın 17-də qəbul etdiyi qərəzli, birtərəfli və əsassız qətnamə sadaladıqlarımızın əyani nümunəsidir.
Milli Məclisin sədr müavini Fəzail İbrahimli qeyd edib ki, yenə də Azərbaycan Prezidenti İlham Əliyevin İrəvanla sülh sazişinin imzalanması ilə bağlı şərtləri və Zəngəzur dəhlizi ilə bağlı yerli mediaya müsahibəsi zamanı rəsmi Bakının beynəlxalq hüquqa əsaslanan konstruktiv mövqeyini səsləndirməsi, Ermənistan tərəfindən yenə də sülhdən yayınma, spekulyativ hallarla müşahidə olunmaqdadır: "Ermənistan tərəfi hər zaman olduğu kimi, yenə də hər vasitə ilə sülhdən yayınıb spekulyasiya etməklə vaxt uzatmaqla məşğuldur. İstər İkinci Qarabağ müharibəsinədək, istərsə də ondan sonra Ermənistanın adı siyasi xəritədə olsa da, amma heç bir müstəqil siyasi mövqeyi olmayıb. İqtisadiyyatı rəzil gündə olan və başqası tərəfindən idarə olunan dövlətdir. İkinci Qarabağ müharibəsinədək Ermənistanı idarə edən ölkə konkret olaraq Rusiya idi. O vaxtadək Ermənistan ancaq və ancaq ağası olan Rusiyanın diktəsinə uyğun siyasət yürüdüb fəaliyyət göstərirdi. Hələ bünövrəsi yüz il əvvəl qoyulan Dağlıq Qarabağ problemi də Rusiya tərəfindən yaradılmışdı. Məqsəd də bölgədə mövqeyini, təsir imkanlarını qoruyub saxlamaq idi. Rusiya bu kartdan bir təsir mexanizmi kimi istifadə etməklə, həm Ermənistana, həm də Azərbaycana təsir edirdi.
2020-ci ilin noyabr ayında İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın əldə etdiyi qələbə nəticəsində Ermənistanın yürütdüyü xarici siyasətdə müəyyən dəyişikliklər baş verməkdədir. Birincisi ondan ibarətdir ki, Ermənistan öz əvvəlki ağası olan Rusiyadan üz çevirib Qərbə meyillənib. İndi də Qərbin simasında ABŞ-ni, böyük bacısı hesab etdiyi Fransanı özünə yeni ağa seçən Paşinyan hazırda onların diktəsi ilə fəaliyyət göstərib siyasətini yürüdür. Ermənistanın Qərbə meyillənməsinin nəticəsidir ki, bu gün Fransa, ABŞ və bəzi ölkələr açıq şəkildə İrəvanı dəstəkləməkdədirlər. Onların da niyyəti Ermənistanın güclü bir müstəqil dövlət kimi formalaşması deyil, əksinə, daha rəzil günə salınmasıdır. Yəni Fransa, ABŞ Ermənistanı əllərində zəif, zəlil gündə saxlamaqla Qafqazdakı siyasətlərini həyata keçirmək istəyirlər.
Amma unudurlar ki, indiyədək olduğu kimi, bundan sonra da bu güclərin Ermənistan layihəsi Qafqazda iflasa uğrayıb və bundan sonra da iflasa məhkumdur. Azərbaycan bu planı pozub. Azərbaycan əvvəla Ermənistanı bölgədəki böyük iqtisadi layihələrdən kənarda qoymaqla, ikincisi də işğala son verməklə ölkəmizə qarşı nəzərdə tutulan məkrli planları alt-üst edib. Bununla da Qərbin bölgədəki Ermənistan layihəsi boşa çıxıb. Artıq onların Azərbaycana ciddi təsir mexanizmləri yoxdur. Odur ki, bu gün Paşinyan Ermənistanın milli maraqlarından irəli gələn fikirləri yox, ağalarının mövqeyini ifadə edir. Bu isə Ermənistanı daha da çıxılmaz bir dalana sürükləyir. Bir misal var, deyərlər ki, "sirkə nə qədər tünd olsa, qabını sındırar". Ermənistanın yürütdüyü siyasətin mahiyyəti budur".
Onun sözlərinə görə, Azərbaycan Prezidenti rəsmi Bakının sülh sazişi ilə bağlı öz "qırmızı xətt"ini qəti şəkildə ortaya qoydu: "İndi seçim Ermənistan tərəfinindir və onların başqa seçənəcəyi də yoxdur. Gec də olsa, Azərbaycanın şərtləri qəbul ediləcək və Zəngəzur dəhlizi də Bakının şərtləri daxilində açılacaq. Buna heç bir şübhə ola bilməz. Zəngəzur dəhlizinin açılması, eyni zamanda Ermənistanın da dünyaya açılması deməkdir. Əks təqdirdə, Ermənistan indiyədək olduğu kimi, bundan sonra da "bağlı qapılar" arxasında qalmalı olacaq. Çünki bu gün Azərbaycana təsir edib onu öz mövqeyindən döndərə biləcək qüvvə yoxdur. Ölkə başçısının bəyan etdiyi kimi, nə qədər gec deyil, Ermənistan və onun havadarları bundan nəticə çıxarsalar, yaxşı olar".
Alim