Azərbaycanın Fransadakı səfiri xarici jurnalistləri Qarabağdakı lokal antiterror tədbirləri ilə bağlı məlumatlandırıb

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva "Avropa-Amerika Press-klubu"nun nümayəndələrini Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsindəki qanunsuz erməni birləşmələrinə qarşı həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə bağlı məlumatlandırıb.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.

"Avropa-Amerika Press-klubu"nun üzvlərini Parisdə qəbul etməkdən məmnunluq duydum. Azərbaycan, onun xarici siyasəti və beynəlxalq arenadakı rolu haqqında danışdım, son regional hadisələr, o cümlədən Azərbaycanın son lokal xarakterli antiterror tədbirləri ilə bağlı jurnalistlərin suallarını cavablandırdım", - səfir qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31