Türküstan diyarının soyqırımı-hay kilsəsi və sürüsünün qanlı izləri....
18 Avqust 2023 10:28 SiyasətQismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Əvvəlini buradan oxuya bilərsiniz: https://olaylar.az/news/siyaset/517869
2021-ci ilin 12 oktyabr günündə Moskva şəhərindəki "erməni" Muzeyində 1996-cı ildən fəaliyyət göstərən Tacikistan Mədəniyyət Mərkəzinin direktoru, dosent, ictimai xadim Xurşud Dövran qızı Xamrakulovanın (1947) hay mənşəli müxbirə verdiyi müsahibədə1960-cı illərə aid doğulduğu Səmərqənd şəhəri ilə bağlı xatirələrini söyləmiş və "kədər "hissi ilə vurğulamışdır ki, həmin şəhərdə 1918- 1920-ci illərdə Qarabağda "qətliamlara" məruz qalmış və bu şəhərə "sığınmış" "erməni"lərlə olan mehriban münasibətləri hələ də xatirindədir...
1918-1920-ci illərdə Qarabağ bölgəsi haylarının "qətliamlara", "soyqırıma" məruz qalmaları və Səmərqənd şəhərinə sığınmaları (Türk diyarının bir bölgəsində "yox" edilir, başqa bölgəsində "dirilir"!!!) ilə bağlı xatirələrini "unutmayan", hay mənşəlilərin adnın-soyadını (Səmərqənd Dövlət Universitetinin müəllimləri S.C.Arzumanyan, A.B.Gevorkyan, R.P.Şaginyan...) çoşqu-sevgi ilə dilə gətirən filologiya elmləri namizədi Xurşud xanım...yəqin ki, XX əsrin əvvəllərində, Qarabağda qanlı və məkrli yuva quyrmuş hayların quldur qardaşlarının Fərqanə, Zərəfşan, Oş...vadilərində (Buxara, Xivə, Daşkənd, Səmərqənd, Düşənbə...şəhərlərində və ətraf yaşayış məntəqlərində) Haqqdan və Dünyadan əhdi kəsilmiş Türk-Müsəlman əhalisini necə qətlə yetirdiklərindən, hansı amansızlıqla soyqırım faciələrinə düçar etdiklərindən... xəbərsizdir, italiyalı tədqiqatçı-tarixçi M.Buttinonun "Əksinə İnqilab" (2003) tarixi-sənədli, elmi-nəzəri əsəri ilə tanış deyil...
Haşiyə. Səmərqənd Dövlət Universitetinin professoru R.P.Şaginyan (1925-2005) həm də Özbəkistan Respublikasının Əməkdar elm xadimidir. Filologiya elmləri namizədi, dosent A.B.Qevorkyan (1929) da doğulduqları şəhərin bu ali məktəbində işləyir.
Çünki, bu əsər 1916-1923-cü illərdə Türküstan diyarının kökənli xalqlarının dövlətçilik tarixinə qarşı rus-hay birliyi tərəfindən yürüdülən (həyata keçirilən) siyasi-hərbi qəsdi, Türk-Müsəlman dövlət sisteminin (Xivə və Kokand xanlıqlarını, Buxara əmirliyini, Türküstan Milli Muxtariyyətini...) məhv edilməsini, xalqlarının soyqırma məruz qoymalarını, təbii sərvətlərinin talanmasını, milli-etnik və mədəni irsinin məhv edilməsini, zəngin iqtisadi-təsərrüfat ehtiyatlarının qarət edilməsini-ələ keçirilməsini...arxiv və tarixi faktlarla, siyasi-nəzəri təhlillər aparılmaqla sübut etmişdir.
Turin Dövblət Universitetinin professoru M.Buttino adı çəkilən kitabının (2007-ci ildə rus dilinə çevirilərək Moskva şəhərində təkrar çap edilib) 276-cı səhifəsində ("Basmaçıların yerli hakimiyyəti" başlıqlı hissədə) qeyd etmişdir ki, Fərqanə vadisinin Kokand şəhərindən (Səmərqənd şəhəri bu şəhərdən təqribən 100 km cənub-qərbdə yerləşir-Q.Y.) 20 km aralıdakı Baçkir kəndinə-qışlağına çəkilən İrqaş bəyə (1882-1921) qarşı 1918-ci ilin əvvəlində Kokand Sovetinin sədri Saakyanın rəhbərliyi ilə 150 nəfərlik rus-hay silahlı dəstəsi (hamısı haylardan ibarət 60 silahlı-top və pulemyontla təchiz edilmiş) hücuma keçmiş və kənd tamailə yandırılaraq yerlə-yeksan edilmişdir. Həmin hərbi basqın üzvlərindən birinin söyləməsinə görə hay-daşnak quldurları köməksiz və günahsız əkinçiləri amansızlıqla qətlə yetirir, mal-mülkü qarət edir, qız-gəlinləri təcavüzə məruz qoyurdular.
Haşiyə. Türküstan diyarının rus işğalçılarına qarşı 1918-1921-cü illərdə Milli-Azadlıq hərakatının öndərlərindən olmuş İrqaş bəy (1882-1921) həm də dini-ruhani təhsil almış, mükəmməl təriqət sahibi olmuş, "incə şərq siyasətinin və fəlsəfəsinin bilicisi" kimi Türk-Müsəlman xalqları arasında şöhrət qazanmışdır. O, xalq arasında xilaskar kimi tanınmışdır.
Kokand xanlığı 1709-1876-cı illərdə mövcud olmuşdur.
Tarixçi-tədqiqatçı M.Buttinonun 1918-1921-ci il hadisələrinə dair arxiv materiallarının təhlili nəticəsində qənaətinə görə Rusiya dövləti Türküstan diyarında Milli-Azadlıq hərakatını süquta uğratmaq və hərbi-siyasi məqsədlərinə çatmaq üçün Hərakat üzvləri arasında narazılıqların yaranmasından, qarşılıqlı ziddiyyətlərdən daha çoix istifadə etmişdir (səhifə 278). Bu baxımdan Kokand qəzasının Namanqan nahiyəsində Molla Öməri İrqaş bəyə qarşı qaldırmış, onu silahlı qüvvələrə komissar təyin etmişlər. Bir müddətdən sonra o, həbs edilmiş, hər ikisinə qarşı çıxış edən İşmuhammadovla anlaşmışlar. Az sonra azad edilən Molla Ömər Kokanda milis idarəsi rəisinin müavini olmuşdur. Bu sırada Həmdəm Xoca da eyni sırada durmuşdur.
1918-1921-ci illərdə Türküstan diyarında rus-bolşevik və hay-daşnak qüvvələrinin siyasi-hərbi fəaliyyətlərinin genişlənməsi üçün yaranan ictimai-siyasi vəziyyət həm I Dünya müharibəsinin nəticələrinə, həm də Rusiya dövlətinin yeni strateji-siyasi xəttinə uyğun olduğundan hay kütləsinin Qərbi Türküstanda Türk-Müsəlman xalqlarına qarşı soyqırımı daha geniş miqyas kəsb etmişdir.
Əsərin 280-ci səhifəsində "Əndicanda erməıni duktaturası və müstəmləkəçilər Cəlilabadda" başlıqlı hissəsi həmin dövrün qanlı mənzərəsinin tarixi səhifəsi kimi qiymətə layiqdir. 1918-ci ilin ortalarında Əndican nahiyəsində Qırmızı Ordunun uğurlarına səbəb həm də rus-hay qüvvələri tərəfindən sünii surətdə yaradılmış acınacaqlı iqtisadi şərait idi-kənardan heç bir köməklik göstərilmirdi, pambıq əkini sahələri baxımsız qalmışdı, hətta yarımköçəri həyat tərzi yaşayan qırğızlar acından həlak olurdular... Belə bir vəziyyətdə Əndican nahiyəsində mülkü və hərbi hakimiyyəti və inzibati-idarəetmə sistemini ələ keçirən haylar "Daşnakstyun" partiyası ətrafında sıx birləşdilər, bu partiyanın mövqeyi xeyli dərəcə də gücləndi. Silahlı qarşıdurma və etnik münaqişələr əsasında güclənən "Daşnakstyun" partiyası rus ordusunun silahlarını haylara paylayır və "inqilabın qorunması naminə" "yeni kasta"-haylardan ibarət etnik-milli təbəqə yaratmağa nail ola bilmişdir.
Əndican vilayətində hakimiyyəti ələ keçirən hay dəstələri təbii sərvətləri və əmlakları, istehsal və istehlak mərkəzlərini "milliləşdirərək" iqtisadi imkanlarını da gücləndirə bildilər (1918-1919-cu illərdə). Bununla belə, yenə də mənfur, iblisanə... hay xislətindən əl çəkməyərək, Qırmızı Ordunun tərkibində ətraf yaşayış məntəqələrinə basqınlar edib, qarətlər törətmişlər (səhifə 281).
1918-ci ilin dekabr ayında Əndican şəhəri yaxınlığındakı Xanul-Abar obasına (qışlağına) hücum edən hay-daşnak quldurları kəndin bütün qız-gəlinlərini "hərbi qənimət" kimi Əndican qalasına aparmışlar...
Haşiyə. Əndican şəhəri Böyük Turan hökmdarı Alp Ər Tonqa-Əfrasiyabın (e.ə. I minillik) qızı Əndican xatunun şərəfinə Oşçayının sahilində salınıb, Fərqanə vadisinin paytaxtı sayılır. Əmir Teymur nəslinin davamçısı Zahir əd-din Muhammad Babur (1483-1530) Böyük Moğol İmperiyasının banisi bu şəhərdə doğulmuşdur (XVIII-XIX əsrlərdə Kokand xanlığının tərkibində olub).
Xanul-Abar hazırda Xanədan rayonu kimi Əndican şəhərinin tərkibində, cənub hissədədir.
Çar Rusiyasında olduğu kimi, bolşeviklər Rusiyasında da (1917-1991-ci illər) rus siyasi-hərbi rəhbərliyinin haylardan istifadəsi əsasən üç istiqamət üzrə kerçəkləşib:
-Türk-Müsəlman xalqlarına qarşı düşmənçilikləri;
-iqtisadi imkanlara malik olmaları;
-milli-etnik zəmində yerli münaqişələrə təkanverici qüvvə kimi çıxış etmələri.
Bu amillər beynəlxalq müstəvidə də daha çox nəzərə alınmışdır. Və digər təsiredici, səciyyəvi cəhətlər (bütün sahələrdə yer tutmaları, işgüzar və qarşılıqlı əlaqələr yaratmaları, dini və etnik qrumlarının güclü olması...) məhz bu amillərlə bağlıdır, ibtidai insan sürüsü olduqları üçün müdafiəolunma instinkti onlarda güclü inkişaf edib.
Göründüyü kimi, Osmanlı Türkiyəsinə, Cənubi Qafqaza və Türküstan diyarına qarşı xəyanətdə istər 1905-1920-ci illər olsun, istərsə də 1987-1991-ci illər...eyni üsullarla hay kilsəsinin və sürüsünün iştirakı olmaqla, "Daşnakstyun" partiyasının silahlı-quldur birləşmələrinin gücü ilə həyata keçirilmişdir. Təsadüfi deyil ki, bu coğrafi məkanlar həm də Asiya və Avropa qitələrini birləşdirən "Beynəlxalq Ticarət-İpək yolu" üzərində yerləşdiyindən rus-hay cütlüyünün bu yerlərə hədəflənmələri "sarsılmaz" olmuşdur.
"Əndicanda erməıni duktaturası və müstəmləkəçilər Cəlilabadda" başlıqlı hissədə (səhifə 282) müəllif qeyd edir ki, Türküstan diyarının təbii ehtiyatlarla zəngin və Türk-Müsəlman əhalisinin sıx məskunlaşdığı Fərqanə vadisində 1919-cu ilin ortalarına kimi hakimiyyət "Daşnakstyun" partiyasının əlində cəmləşsə də, 1918-ci ilin sonlarından etibarən bolşeviklərin yerli struktur bölmələri yarandıqda da əsas idarəetmə pillələrində yerləri ruslar və haylar tutmuşlar.
Daşkənd şəhər komissarlığı həmin ildə Türk-Müsəlman əhalisi ilə bolşeviklər arasındakı qarşılıqlı əlaqədə aparıcı qüvvə və "milli siyasətin rəhbəri" kimi "erməni milli partiyası" ("Daşnakstyun" belə adlanırdı) olduğunu qeyd etmişdir, eləcə də hərbi təhlükəsizliyə nəzarət onların əlində idi. Axı, vadinin bütün əmlakı (şərabçılıq müəssisələri, ticarət obyektləri, müxtəlif növ daşınmaz əmlak mülkləri...) haylara məxsus idi...
Daşkənd şəhərinin qədim hissəsində yaradılmış, amma siyasi-hüquqi gücü olmayan Müsəlman Şurası üzvləri qısa müddətdən sonra həbs edildilər...
Ümumilikdə "Əksinə İnqilab" tarixi-sənədli kitabın məzmunu ilə tanışlıq bir daha sübut edir ki, 1916-1922-ci illərdə məqsədli şəkildə Rusiya dövləti tərəfindən hay kilsəsinin təşkilatçılığı ilə Türküstan diyarına yerləşdirilən hay sürüsü ("Daşnakstyun" dəstəsinin də üzvləri daxil olmaqla) olduğu yerlərdə iqtisadi böhran şəraiti yaratmaqla, Türk-Müsəlman əhalisini qarət etməklə, yaşayış məntəqələrini dağıtmaqla-yandırmaqla, amansız qətliamlar törətməklə yanaşı, həm də idarəetmə sistemini də ələ keçirmişlər.
Kitabın 286-cı səhifəsində yazıldığı kimi:
-Kokand və Əndican nahiyələrində 1919-cu ildə üç silahlı qüvvə xüsusilə seçilirdi-"erməni" hərbi qüvvələri, yoxsul kəndlilərdən ibarət dəstələr və "basmaçılar" (Türküstan diyarında Milli-Azadlıq hərakatılnın üzvləri rus-hay işğalçıları tərəfindən belə adlandırılırdı-Q.Y.).
Milli-Azadlıq mübarizəsi aparan mücadilə öndərlərindən biri Muhammad Əmin bəy Əhməd bəy oğlunun (Mədamin bəy,1893-1920) silahdaşlarından Əndican şəhəri yaxınlığındakı Assaq obasının üzvünün çıxışı xüsusi ilə təqdirə layiq və rus-hay cütlüyünə (işğalçılarına) qarşı tutarlı cavabdır (səhifə 285-286):
-Bizi "quldur" adlandırırlar, bu belə deyil, çünki bizim şəxsi marağımız yoxdur. Biz köməksiz əhalini-soydaşlarımızı (qadınları, uşaqları, yaşlıları, qocaları...) müdafiə edirik. Bizim ruslarla düşmənçiliyimiz yoxdur, amma ermənilərlə birlikdə kəndlərimizi qarət edənlər, dinc əhalini qətlə yetirənlər düşmənlərimizdir. Biz çox təəssüf edirik ki, sadə ruslar da Fərqanə vadisində bizimlə birlikdə dərdə düçar olublar, ona görə də onlar dostlarımızdır, onlara toxunmayacağıq...
Düşmənə qarşı münasibətdə Osmanlı Türkiyəsindən nümunə götürməliyik...
R.S. Tərkibində "Daşnakstyun" siyasi-terror qruplaşmasının silahlı üzvlərinin daha çox yer aldığı Qırmızı Ordu tərəfindən 1919-cu ilin əvvəllərində təkçə Fərqanə vadisində 12 min mülki Türk-Müsəlman (qadın, uşaq...) repressiyaya məruz qalmışdır...
R.S.S. Həmin illərdə Daşkənd şəhər Daxili İşlər komissarlığının məlumatına görə Türküstan diyarında bolşeviklər Türk-Müsəlman xalqlarından ələ keçirdikləri, qarət etdikləri varidatla "erməni" duldur dəstələrini və Qırmizi Ordunu saxlamışlar...
(ardı var)