Vəkillər üçün üç il staj tələbi absurddur - Deputat

Azərbaycanın əksər ucqar bölgələrində vəkil çatışmazlığı var. Olaylar xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının son iclasında Fazil Mustafa bildirib: "Bunun da bir səbəbi var. Qanunda qeyd olunur ki, vəkilin üç illik stajı olmalıdır. Bu, tələb çox absurddur. Türkiyədə belə bir müddəa yoxdur. Ona görə də bu müddəa aradan qaldırılmalıdır ki, vəkil çatışmazlığı aradan qaldırılsın. Heç olmasa imtahana girənlər üçün bir illik staj qeyd olunmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31