Türküstan diyarının milli-kökən özgürlüyü... və hay kilsəsi...
14 İyul 2023 09:52 SiyasətQismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Rusiya Federasiyasının Sankt-Peterburq şəhəri Dövlət Universitetinin Filologiya və Şərq fakültələrinin tədris binaları önündə Türk-Müsəlman dünyasının görkəmli alimi və ictimai xadimi Əhməd Zəki Validi-Toğanın (1890-1970) 2008-ci il 28 iyun tarixdə büstü icaldılmış və onun adını daşıyan Türk Tədqiqatları Mərkəzi açılmışdır. Milli-özgür, dini-fəlsəfi ideya düşmənlərimizin birləşmiş qaragüruhu bu dünyəvi-fəlsəfi müqəddəsliyi və maarifçilik məkanını 2021-ci ilin yanvar ayında dağıtmağa nail olmuşlar, Şərq memarlığının maddi irsi məhv edilmişdir...
...eyni ilə, bir əsr əvvəl, 1917-1923-ci illərdə digər bir coğrafi məkanda-Bütöv Türküstan dövlətinin hüdudlarında milli-azadlıq mücadiləsini, kökənliyin qürurunu, sərhədlərinin hüdudsuzluğunu, etno-milli irs və maddi-mədəniyyət ocaqlarını...qanla-amansız soyqırımla boğan, dağıdan, yer üzündən silən...rus-bolşevik və hay-daşnak silahlı qüvvələrinin əməllərinin törəmə rişələri, şaxələnən kökləri kimi.
Orta və Mərkəzi Asiyada, Türküstan diyarında əski Türk-Müsəlman xalqlarının milli-dini, etno-mədəni özgürlüyünün mübarizə öndərləri sırasında Başqurd/Başqırd elatının qəhrəman ziyalısı Əhməd Zəki Validi-Toğan 1920-1923-cü illərdə Buxara, Xarəzm və Fərqanə bölgələrində, Amu-Dərya və Sır-Dərya çayları hövzələrində, Bədəxşan-Zərəfşan vadilərində...birləşmiş rus-hay nizami ordu birləşmələrinə qarşı mübarizə aparan milli bütövlüyün Şəhidləri və Qaziləri sırasında məğlub olmasa da, qəvi xislət cütlüyü həmin müqəddəs savaşdan yüz il sonra Onun ruhunu incidə bilmişlər.
XX əsrin II onilliyində Türküstan diyarının ictimi-siyasi durumundan istifadə edən birləşmiş düşmən qüvvələrinin qarşısında duran əsas məqsəd Osmanlı Türkiyəsinin/Türkiyə Cumhuriyyətinin Türküstana uzanan tarixi-coğrafi və siyasi-iqtisadi, maddi-mənəvi... yolunun qarşısının alınması olmuş, bu diyarın Türk dünyasının şərq və qərb cinahlarından təcrid edilməsi olmuşdur.
Bir cəhəti də qeyd etmək lazımdır ki, Türküstan diyarının Şərqi Türküstan bölgəsi-Uyğurustan (mərkəzi Urumçi şəhəri) ərazisindəki milli-azadlıq mübarizəsinə Türküstan diyarının mücadilə hərəkatına böyük təsiri olmuşdur. Görkəmli özbək tədqiqatçısı Ənvər Nəzir "Türküstanın faciələri" əsərində Şərqi Türküstan Respublikasının rəhbəri, Özbək xalqının ilk marşalı Şeyx Əlixan Törə (1885-1976) haqqında qiymətli tarixi bilgilərə yer vermişdir.
Türk-Müsəlman dünyasının bu şərəfli mübarizə tarixi Türkiyə Cumhuriyyətində, Azərbaycan Xalq Cumhuriyyətində və Türküstan diyarında (Şərqi və Qərbi Türküstan dövlətləri timsalında) baş verən Böyük Türk Dövlətlərinin Bütöv Tarixinin səhifələrini təşkil etmişdir.
Haşiyə. Şərqi Türküstan xanlığı (mərkəzi Urumçi şəhəri) Çinin Tsin imperiyası tərəfindən 1757-1759-cu illərdə zəbt edilmişdir. XVIII əsrin sonlarında Samsak Bürhan əl-Din Xocanın (XVIII əsrin 50-ci illəri-XIX əsrin əvvəlləri) başçılığı ilə Uyğurstanda milli-azadlıq müqaviməti güclənmişdir. Çində vətəndaş müharibəsi (1927-1950-ci illərdə) dövründə (12 noyabr 1933-cü ildə) Şərqi Türküstan Türk İslam Respublikası və ya Uyğurstan Respublikası yaranmışdır. 2-ci Şərqi Türküstan və ya Uyğur Respublikası 12 noyabr 1944-cü ilən 01 oktyabr 1949-cu ildək mövcud olmuşdur (müasir sahəsinə görə Çin dövlətinin ən iri inzibati-ərazi vahidi-1,7 milyon kv.km, 2020-ci il məlumatına görə əhalisinin sayı 26 milyon nəfər).
Orta və Mərkəzi Asiyada işğalçı qüvvələrə qarşı Ümumxalq və Ümumdövlət səfərbərliyində....var qüvvələrini sərf etmiş mücadilə öndərləri Türk-Müsəlman xalqlarının mübarizliyinin davamlı olduğuna sübut olan bir "mücadilə məktəbi" (yuxarıda adı çəkilən Qazilərlə yanaşı Muhammad Əmin bəy Əhməd bəy oğlu (1892-1920), Ərqaş Əmir-əl Müslüm (1882-1921), Molla Abdulla Kahhar (1884-1925), İbrahim bəy Çaki bəy oğlu (1889-1926), Muhiddin Osman oğlu (1893-1922)...) yarada bilmişlər.
1916-cı ildən başlayaraq coğrafi məkan və tarixi əhəmiyyət baxımından genişlənən Bütöv Türküstan milli-azadlığı hərəkatına qarşı siyasi-hərbi təxribatlar törədən rus-bolşevik və hay kilsəsi bütün vasitələrdən istifadə etməklə yerli, kökənli, dini-mənəvi birliyi sarsılmaz olan xalqlara qarşı amansız faciələrin yaranmasına imza atmışlar. Türk-Müsəlman İttifaqına (Birliyinə) qarşı tarixən formalaşmış bu mürtəce cütlüyün hər üç cənub istiqamətdən (Anadolu-Cənubi Azərbaycan, Naxçıvan-Qərbi Azərbaycan-Qarabağ-Abşeron yarımadası və Xəzər dənizi-Orta Asiya-Şərqi Türküstan) şaxələnən siyasi-hərbi əməliyyatları mahiyyət baxımından eyni məzmunlu olsa da, müxtəlif səpgili siyasi-iqtisadi, elmi-dini, fəlsəfi-mədəni...özünüifadə sistemi, kompleks ifadə təsiri bağışlamışdır. Belə ki, XX əsrin əvvəllərində rus-bolşevik və hay kilsəsi Türk-Müsəlman dünyasına və xalqlarına qarşı açıq silahlı qətliamlar-soyqırım siyasəti yürüdürdüsə, 20-30-cu illərdə bu xalqların rus imperializminə qarşı Milli-Azadlıq hərəakatının Qazilərinin və milli-dini ideya mücadilə öndərlərinin soyqırımı da eyni mahiyyət kəsb etmişdir.
Məqsəd:
-ilk növbədə Rusiya imperiyasının Hind okeanına və Ərəbistan yarımadasına çıxışında "coğrafi səd"-"keçilməz sərhəd"-"Böyük Turan qurşağı"nın zəiflədilməsi, parçalanması, etno-morfogenetik əsaslarının sarsıdılması, mürtəce-qaynar strateji hədəflərinin ocaqlarının yaradılması;
-monolit, sarsılmaz Türk-Müsəlman xalqlarının ən sıx məskunlaşdığı və say etibarı ilə üstünlüyü ilə fərqlənən, əlverişli, bütün nəqliyyat növünün yaratdığı logistik-azad ticarət şəraitinə malik coğrafi məkanda etno-demoqrafik tərkibinin "idarəedilən toplum səviyyəsinə çatdırılması", milli-ideya təməlinin sarsıdılması.
I Dünya müharibəsi ərəfəsində Osmanlı imperiyasının zəifləməsi birləşmiş düşmən qüvvələrinin Kiçik Asiya yarımadasından Monqol Altay dağlarınadək gehiş bir coğrafi ərazidə-Türk Dövlətləri hüdudlarında cəbhə açmasına, rus-hay qüvvələrinin bu cəbhə boyunca fəallaşmasına səbəb oldu. Nəticədə, 1914-1923-cü illər ərzində Qafqaz-Türküstan cəbhəsində Türk-Müsəlman xalqlarının mübarizəsi milli-azadlıq səciyyəsi daşısa da, həm də rus-bolşevik və hay kilsəsi birliyinin amansız niyyətlərinin qarşısının alınması idi. Həmin dövrdə milli-azadlıq mübarizəsi Orta və Mərkəzi Asiyada həm də yerli xalqların etnogenetik özgürlüyünün, sakral dəyərlərinin mühafizəsi baxımından geniş və davamlı vüsət almışdır.
Şərqi və Qərbi Türküstan diyarında milli-ideya mücadilə öndərlərinin və mübarizlərinin müqəddəs amalı, bütün qüvvələrin səfərbərliyi, amansız düşmən qüvvələri ilə barışmazlığı... həmin dövrdə əks cəbhə nümayəndələrində heyrət doğursa da, sonrakı mərhələdə saxta rus-hay təbliğatı öz iyrənc iftiralarından, qarayaxmalarından əl çəkə bilməmi, həyasız uydurmalar irəli sürmüşlər.
Rusiya dövlətinin Türküstan Cəbhəsi Ordusunun komandanı M.V.Frunze (1885-1925) 1919-1923-cü illərdə Milli-Azadlıq mübarizləri ilə apardıqları döyüşləri qiymətləndirərkən yazmışdır ki, onlar tamamilə yeni, səciyyəvi xüsusiyyətə malik döyüşülərdir və bir amalı, bir şüarı vardır-"Müstəqil, Bütöv Müsəlman dövləti yaratmaq!"
Qeyd etmək lazımdır ki, bu fikirlər qələmə alındığı dövrdə, 1919-cu ilin yazında Türküstan diyarında 1,2 milyon nəfər aclıqdan əziyyət çəkirdi...Türk-Müsəlman xalqlarının milli-azadlıq mübarizəsinə rus-hay cütlüyü həmişə kölgə salmağa, müqəddəs mübarizə amalının dəyərini azaltmağa səy göstərmişlər.
Bu cütlük "Səhranın bəyaz günəşi" (1968, "Mosfilm" və "Lenfilm" studiyalarının istehsalı, ssenari müəlliflərindən biri, xalq yazıçısı R.M.İbrahimbəyov-1939-2022,olub) kinofilmi ilə apardığı qarayaxmaları yanaşı, guya Türküstan mübarizlərinin 1943-cü ildə Stalinqrad şəhəri uğrunda müharibənin gedişində Orta Asiyaya hücum etmə planına malik olmaları barədə uydurmaları...da məhz xəstə, nifrin (nifrət dolu) təxəyyüllərinin nəticəsi olmuşdur. Çox təəssüf ki, bəzi hallarda Orta və Mərkəzi Asiyanın Türk-Müsəlman dövlətlərinin nəşrlərində də bu kimi hallara rast gəlinir (2018-ci ilin yanvar ayında rus dilində olan "Qırğızstan sözü" qəzetində Y.Zaytsevin "Muhiddinin qanlı kölgəsi" məqaləsi milli-azadlıq mübarizi Muhiddin Osman oğluna qarşı hörmətsizliyin bariz nümunəsidr). Və yaxud, bu mübarizənin, mücadilənin müqəddəsliyinə haram qatılan başqa bir məqam da nəzərdən qaçmır-Qırğızstan Respublikasının 1990-2005-ci illərdə prezidenti olmuş Əskər Əkə oğlu Əkəyevin (1944, 1989-1990-cı illərdə Qırğızstan SSR EA-nın prezidenti, fizika-riyaziyyat elmləri doktoru, professor) dediyi fikirlər:
-Allah və Tarix tərəfindən Rusiya bizə pay verilib...
Tarixi mübarizə mərhələsinin saxtalaşdırılmasına yönəlik rus-hay təbliğatına çoxsaylı nümunələrdən biri kimi rus tarixçisi, professor, Özbəkistan SSR əməkdar elm xadimi A.İ.Zevelyevin (1921-2005, o, 1957-ci ildə "Özbəkistan SSR tarixi" monoqrafiyasının həmmüəllifi, həm də 1959-1983-cü illərdə Özbəkistan KP MK-nın I katibi olmuş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı Ş.R.Rəşidovun (1917-1983) mirzəsi olmuşdur) 1981-ci ildə Moskva şəhəri, "Elm" nəşriyyatında çap etdirdiyi "Basmaçılıq:yaranması, təşəkkülü və süqutu" əsərini göstərmək olar ki, uğrunda minlərlə Şəhidlər qurban vermiş müqəddəs Türküstan diyarının milli-azadlıq mücadiləsi iftiralarla təhrif edilmiş, saxta ittihamlarla Qazi ərənləri təhqir edilmiş, Türk-Müsəlman xalqlarına qarşı düşmən rus-hay xislətinin mahiyyətinə geniş yer verilmiş və bu azmış kimi 1985-ci ildə İrəvan şəhərində də hayca təkrar nəşr edilmişdir...
Rus-bolşevik ordusu sıralarında Türk-Müsəlman xalqlarına qarşı soyqırım faciələri yaşadan hay kilsəsinin təəbəsi (quldur dəstələri) olmaqla yanaşı...1918-1919-cu illərdə mövcud olmuş və milli-azadlıq hərakatının əsas hərbi-siyasi özəklərindən biri kimi yaradılmış "Türküstan Hərbi Təşkilatı"nın tərkibində...hay-daşnak silahlıları da yer tutmuşdur (rus tarixçisi D.İ.Orlovun (1971) "Basmaçılıq: "Robun Qud"lar necə quldur olmuşlar" məqaləsi, iyun, 2022-ci il).
Türküstan diyarı Türk-Müsəlman dövlət və xalq birliyinin mücadilə hərəkatının Şərq cəbhə-döyüş qanadını, istehkam qalasını təşkil etdiyindən (təbii ki, Şərqi və Qərbi Türküstan bölgələri hüdudlarında) Osmanlı Türkiyəsinin 1918-1922-ci illər tarixinin bu bölgə ilə bağlı şanlı hərb səhifələri (Qəhrəman igidlərinin ruhları anılmaq şərti ilə) qətiyyən unudulmayacaq dərəcədədir.
(ardı var)