Azərbaycana minaların təmizlənməsi üçün edilən yardım okeanda bir damcı kimidir - Dennis Sammut
26 May 2023 12:46 SiyasətBu gün Azərbaycana bu istiqamətdə verilən beynəlxalq yardım okeanda bir damcı kimidir.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu bu gün "Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı İnkişafa Gedən Yol" mövzusunda keçirilən beynəlxalq humanitar konfransda "Links Europe"un direktoru Dennis Sammut deyib.
O bildirib ki, Ağdama səfəri zamanı gördüklərindən dəhşətə gəlib. Böyük həcmdə dağıntılar onu dərindən təsirləndirib.
O bildirib ki, ölkələr Ottava Konvensiyasına qoşulmalıdır: "Azərbaycan böyük, varlı ölkədir, güclü ordusu, yaxşı diplomatik əlaqələri var. Biz Azərbaycanın regional liderliyini nəzərə almalıyıq. Regionda Azərbaycan minatəmizləmə sahəsində liderlik edə bilər, Azərbaycanın böyük təcrübəsi var və onu bölüşə bilər. İndi bir fürsət yaranıb ki, Azərbaycan bu liderliyini göstərsin. Mən ilin sonunda Cənubi Qafqazda minaların təmizlənməsi ilə bağlı beynəlxalq konfrans keçirməsini təklif edirəm, biz resurslar cəlb etməliyik. Biz bir sıra ölkələri bu səylərə cəlb etməli, ambisiyalı, innovativ yanaşma tətbiq etməliyik. Biz birgə işləyərək, 2030-cu ilə qədər Cənubi Qafqazı minalardan azad olunmuş bir regiona çevirə bilərik", - D.Sammut deyib.