Azərbaycan və Türkiyə münasibətləri uğurla inkişaf edir - ÖZƏL - FOTO
26 May 2023 10:50 Siyasət
"Qardaş Türkiyə Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Həzrəti Əbu Talıb Məscidində Qars və İğdırdan olan sakinlərlə görüş keçirib". Bu barədə Olaylar -a millət vəkili Cüyhun Məmmədov məlumat verib: "Görüşdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin deputatları Elşad Mirbəşiroğlu, Vüqar İskəndərov, Ceyhun Məmmədov, AK Parti Başakşehir rayon təşkilatının sədri Sebahatdin Kayas, İstanbul 3-cü bölgə millət vəkili Şamil Ayrım, Milliyyətçi Hərəkat Partiyasının millətvəkili namizədi Gökhan Türkeş Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini söyləyiblər. Bu qarşılıqlı əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliklərini ifadə ediblər. Sonda xatirə şəkli çəkdirilib.