Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmasının zamanı yetişib

Azərbaycan qarşısına qoyduğu hədəflərə, məqsədlərə mərhələ-mərhələ yaxınlaşır. Əgər son bir neçə ilə qədər Qarabağın işğaldan azad edilməsi qeyri-mümkün görünürdüsə, bu gün artıq həmin dilbər guşəmiz erməni işğalından azaddır. Yaxud, əraizlərimiz işğaldan azad edilən zaman erməni vandalların şəhər və rayonlarımızda törətdikləri vəhşiliklər, dağıntılardan dolayı Qarabağın bərpasının on illlərlə davam edəcəyi proqnozlaşdırılırdısa, artıq azad edilən ərazilərimizin böyük bir hissəsində quruculuq-abadlıq işləri həyata keçirilri, hətta öz doğma yurd yerlərinı qayıdan məcburi köçkünlərimiz də var.

Qarşıdakı hədəflər sırasında isə əsas prioritet Qərbi Azərbaycana qayıdışdır. Zamanında oradan qovulmuş soydaşlarımız, vətəndaşlarımızın tezliklə Qərbi Azərbaycana qayıdışı əsas prioritetlər sırasındadır. Elə bir neçə ay əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü və qarşıya qoyduğu vəzifələr də belə deməyə əsas verir.

Qarşıda duran vəzifə və prioritet isə gün kimi aydındır. Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın haqq və hüquqlarının tanınmasına beynəlxaklq müstəvidə nail olmaq, onların öz dədə-baba torpaqlarına qayıdışını təmin etmək, eyni zamanda zamanında doğma torpaqlarından didərgin salınmış, zorla qovulmuş Qərbi azərbaycanlılara dəymiş maddi və mənəvi ziyana görə kompensasiya ödənilməsini təmin etməkdir. Hazırda Qərbi Azərbaycan İcması dövlət başçısının bu istiqamətdə qarşıya qoyduğu məqsəd və vəzifələri uğurla icra etməkdədir. İkinci Qarabağ müharibəsindən sonra Qarabağa qayıdışın reallaşdığı kimi, aparılan mübarizə nəticəsində Qərbi Azərbaycana da soydaşlarımızın qayıdacağı gün uzaqda deyil.

Onu da nəzərə almaq lazımdır ki, soydaşlarımızın Qərbi Azərbaycandan qovulması, deportasiya edilməsi yaınız 1988 - 1989-cu illəri əhatə etməyib. Bundan əvvəl, hətta əsrin əvəllərində də azərbaycanlıların müxtəlif yollarla Qərbi Azərbaycandan deportasiya edilməsi baş verib.

Tarixə nəzər salsaq görərik ki, 1948-1953-cü illərdə Ermənistan SSR-dən azərbaycanlıların deportasiyası, II Dünya müharibəsindən sonra Ermənistan ərazisində yaşayan azərbaycanlıların həyatında acınacaqlı hadisə olmuşdu.

Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı deportasiya siyasəti keçən əsrin əvvəllərində də baş verib. O zaman da əsas ssenarist məhz Sovet hakimiyyəti idi. Sovet hakimiyyətinin 1920 - 1950-ci illərdə apardığı siyasəti nəticəsində Ermənistan SSR ərazisində yaşayan azərbaycanlıların sayı kəskin azalmışdı. 1948 - 1953-cü illərdə isə azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirilmişdir

Qeyd edilənləri nəzərə alaraq deyə bilərik ki, əvvəllər əhalinin tam əksəriyyət təşkil etdiyi əzəli Azərbaycan torpaqlarında və İrəvan ərazisində indi bir nəfər olsun belə azərbaycanlı qalmayıb. İndi həmin tarixi ədalətsizliyi bərpa etməyin zamanı yetişib.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31