Azərbaycan Cümhuriyyəti: qadınlara seçki hüququ, dünyada ön sıralarda - Nəsiman Yaqublunun araşdırması

Azərbaycan Cümhuriyyəti dövründə xalqımız özünün müstəqil yaşamaq haqqına malik olduğunu sübut etmiş, az zaman müddətində istiqlalını böyük dövlətlərə tanıtmış, insanların siyasi, iqtisadi, ictimai və digər sahələrdə azad fəaliyyətinə şərait yaratmış, hərbi gücünün artırılması ücün milli ordu formalaşdırmış, ölkənin ərazi bütövlüyü və milli mədəniyyətinin inkişafında ciddi işlər görmüşdür.

 

Milli dövlət quruculuğu prosesində ən böyük nailiyyətlərdən biri 1918-ci ilin dekabrın 7-də Azərbaycan Parlamentinin yaradılması oldu. Parlamentdə 120-yə

qədər məbusanın (üzvün) olması nəzərdə tutulmuşdur. Azərbaycan Parlamentində ölkədə yaşayan bütün xalqların nümayəndələri və siyasi təşkilatların üzvləri

təmsil olunmuşdu. Parlamentin 17 aylıq fəaliyyəti düvrundə 270-dən cox qanun müzakirəyə cıxarılmış, onlardan 230-u qəbul edilmişdir.

Azərbaycan Cümhuriyyətinin 23 aylıq mövcudluğu dövrundə beş dəfə Hökumət  kabinetinin dəyişdirilməsi həm də demokratik idarəcilik sisteminin formalaşdığını  əsaslandırırdı. Bu Hökumət kabinetlərində 30-dan çox  nazir fəaliyyət  göstərmişdi. Həmin nazirlərin coxunun yaş həddi 28-35 arasında idi.

Nazirlərin əksəriyyəti Moskva, Sankt-Peterburq, Kiyev, Xarkov və digər şəhərlərdəki universitetlərin, institutların məzunları idi. Onların 16 nəfəri muxtəlif

universitetlərin hüquq fakultələrini bitirmişdilər. Yaradılan dovlətin hüquqi əsaslarla inkişaf etdirilməsində bu amil də əsaslı rol oynayırdı.

1918-ci ilin 28 Mayında Azərbaycan istiqlalı elan edilməsinin böyük məna və əhəmiyyəti oldu. Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu

M.Ə.Rəsulzadə bu münasibətlə yazırdı: "O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı bu tarixdən etibarən millət olaraq dövlət qurmuş və bu dövlətin istiqlalı uğrunda butun mövcudiyyatı ilə meydana atılmışdı".

Həqiqətən, bu hadisə butun Şərq aləmində, turk dunyasında yeni, demokratik  prinsiplərə soykənən bir dovlətin yarandığını göstərirdi. Rusiya

əsarətində yaşayan turk xalqları icərisində Azadlıq bayrağını ilk dalğalandıran  və mustəqil yaşamaq haqqını dünyaya tanıtdıran Azərbaycan oldu.

28 May istiqlalı ilə bağlı Azərbaycan xalqına ünvanlanan hokumət müraciətində  bu sozlər yazılmışdı: "Mayın 28-i böyük və ümumi bir bayram hesab edilməlidir.Bu gundən bilafərq millət - hər kəs özünü bərabər hüquqla Azərbaycan vətəndaşı hesab etməlidir. Bu gün Ümumcahan millətlərinin ədalət üzrə

olan və ixtiyaratının təmin edilən günlərindən biridir".

1918-ci ilin 28 Mayında dünyaya elan edilən İstiqlal Bəyannaməsində cox

dəyərli hüquqi, demokratik məqamlar vardır. İstiqlal Bəyannaməsinin 4-cü bəndində  yazılmışdı: "Azərbaycan Xalq Cümhuriyyəti oz sərhədləri daxilində milliyyətindən,dinindən, sosial vəziyyəti və cinsindən asılı olmayaraq bütün vətəndaşlara  vətəndaşlıq və siyasi hüquqlar təmin edir".

Azərbaycanın İstiqlal Bəyannaməsinin 5-ci maddəsində isə olkədə yaşayan bütün millətlərin azad yaşamaq hüququnun təmin edilməsi qeyd olunurdu.

İstiqlal Bəyannaməsində həmin huquq belə ifadə edilmişdi: "Azərbaycan Xalq Cümhuriyyəti oz ərazisi daxilində yaşayan butun millətlərə azad inkişafı ücün

geniş imkanlar verir".

Əhalinin sayı

Azərbaycan Cümhuriyyəti dövründə əhalinin ümumi sayı 2.750.000 (iki milyon yeddi yüz əlli min) nəfər idi. Onlardan 1. 900 000 (bir milyon doqquz yüz min) nəfəri müsəlman, qalanı digər xalqların təmsilçiləri idi.

İnsan hüquqları və azadlıqlar

Azərbaycan Xalq Cümhuriyyətinin ilk hüquqi sənədi olan İstiqlal Bəyannaməsində insan hüquqları və azadlığı problemi öz əksini tapıb.

1918-ci ilin Mayın 28-də elan edilən İstiqlal Bəyannaməsinin 4-cü maddəsində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz vətəndaşlarına verdiyi azadlıqları belə ifadə edirdi: "4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq, öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarını siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir".

Bu maddədə qeyd olunduğu kimi vətəndaşlar milli, dini, sosial və cinsi əlamətlərindən asılı olmadan eyni azadlığa və hüquq bərabərliyinə malikdir. Həmin maddədən aydın olur ki, vətəndaşlar hüquq bərabərliyi əsasında qanun qarşısında eyni məsuliyətə malikdirlər. 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə vətəndaşların hüquq və azadlıqlarını ümumiləşdirib belə əsaslarla izah etmək mümkündür: vətəndaş hüququ, bərabərlik hüququ, seçki hüququ, fikir və söz azadlığı, mətbuat azadlığı, mülkiyət hüququ, əmək hüququ və s. 

Seçki hüququ,qadınlara seçki hüququnun verilməsi

İstiqlal Bəyannaməsində vətəndaşlara verilən ilk hüquqlardan sonra bu istiqamətdə fəaliyətlər davam etdirildi.Qanunverici orqanın − Parlamentin yaradılmasına qədər qəbul edilən ayrı-ayrı qanunvericilik aktlarında və hökumət qərarlarında insan hüquq və azadlıqları əksini tapırdı.

Vətəndaşların seçki hüquqları ilə bağlı ilk rəsmi sənəd 1918-ci ilin avqustun 23-də qəbul edilən "Azərbaycan Cümhuriyyətinin təbəəliyi (vətəndaşlığı) haqqında əsasna"mədir. Bu sənəddə vətəndaşın siyasi hüquqları, qanunvericilik orqanına və yerli özünüidarə orqanlarına seçki hüququ ilə vətəndaşlığının əlaqəsi qeyd edilirdi.

Azərbaycan Cümhuriyyəti vətəndaşının seçki hüququnun daha əsaslı şəkildə əksini tapan sənəd isə Azərbaycan Milli Şurasının 1918-ci ilin noyabrın 20-də qəbul edilən "Azərbaycan Parlamentinin yaradılması haqqında qanun"dur.

Azərbaycan Cümhuriyyəti dövründə vətəndaşların seçki hüququnu təmin edən daha iki sənəd də mövcuddur: 1) "Azərbaycan Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında əsasnamə" (1919-cu il, 21 iyul); 2) Azərbaycan Cümhuriyyətində şəhər dumaları üzvləri seçkilərinin keçirilməsi haqqında qaydalar" (1919-cu il, 7 iyul).

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk dəfə olaraq 1918-ci ilin noyabrın 20-də Milli Şuranın Parlamentin yaradılması haqqında qanunda vətəndaşların səsvermə hüququ təsbit edilib. Həmin qanunda Müsəlman Şərqində ilk dəfə olaraq qadınlara da seçki hüququ verilmişdir.

Qeyd edək ki, dünyada qadınlara ilk dəfə seçki hüququ 1893-cü ildə Yeni Zelandiyada, 1894-cü ildə Cənubi Avstraliyada verilmişdir. Bu hüquqi qaydalar Finlandiyada 1906-cı ildə, Norveçdə 1913-cü ildə, Danimarka və İslandiyada 1915-ci ildə, Hollandiyada 1917-ci ildə, Avstriyada 1918-ci ildə, İrlandiya isə 1918-ci ildən, Almaniyada 1919-cu ildə, Britaniyada 1928-ci ildə (1918-ci ildə burada qadınların yalnız seçki hüquqları genişləndirilmiş, 30 yaşlı, ailə başçısı və universitet təhsili olanlara seçki hüququ verilirdi), İtaliyada 1925-ci ildə, Fransada 1944-cü ildə, İspaniyada 1931-ci ildə (yalnız 1976, 1977-ci il qanunlarından sonra istifadə olunur), İsveçrədə 1971-ci ildə, ABŞ-da 1920-ci ildə, Türkiyədə 1930-cu ildə (ümumi seçki hüququnu isə 1934-cü ildə əldə etmiş, 1935-ci ildə seçkilərdə istifadə edilmişdir) əldə olunmuşdur.

Bu faktlardan məlum olur ki, Azərbaycan Xalq Cümhuriyyəti dünyada qadınlara ümumi seçki hüququ verən ilk dövlətlər sırasında 8-ci yeri tutur (1918-ci ildə Latviya, Litva, Polşa dövlətləri də qadınlara seçki hüququ vermişdi).

Qadınlara seçki hüququnun verilməsi 20 noyabr 1918-ci il tarixli qanunda ümumi müddəa olaraq qeyd olunsa da, 1919-cu ilin 21 iyulunda qəbul edilən "Azərbaycan Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında əsasnamə"də konkret şəkildə "hər iki cinsdən olan vətəndaşların" seçki hüququna malik olduğu göstərilmişdir.

Bu akta əsasən birbaşa seçkilər, gizli səsvermə üsulu, proporsional seçki sistemi və səsvermə yaşı 20 olaraq müəyyənləşdirilmişdir. 

Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə qadınlara da seçki hüuququnu verməsi yaradılan dövlətin ciddi demokratik əsaslara istinad etdiyini təsdiqləyirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31