Heydər Əliyev Azərbaycan xalqının həyatında böyük iz qoyub - Zahid Əkrəm Durrani

Heydər Əliyev Azərbaycanın inkişafına imza atan şəxs olub. O, ölkə qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirib.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Pakistan Milli Assambleyasının sədr müavini Zahid Əkrəm Durrani Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasda deyib.

O qeyd edib ki, Heydər Əliyev çətin dövrdə Azərbaycanın rəhbəri olub:

"O, ölkəni bu çətin vəziyyətdən çıxarıb. Azərbaycan çətinliklərə baxmayaraq inkişaf yoluna qədəm qoymuşdur. Heydər Əliyev Azərbaycan xalqının həyatında böyük iz qoyub", - deyə o bildirib.

Z.Ə.Durrani Azərbaycanla Pakistan arasında əlaqələrin yüksək olduğunu diqqətə çatdırıb və bu əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar olduğunu vurğulayıb.

Qeyd edək ki, Milli Məclisin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclası keçirilir. İclasda 228 xarici nümayəndə, o cümlədən 12 ölkənin parlamentinin sədri, 15 ölkə parlamentinin sədrinin müavini, 4 beynəlxalq təşkilatın nümayəndələri iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31