Azərbaycanın bugünkü inkişafı üçün zəmin Heydər Əliyev tərəfindən yaradılıb - Sandor Lezsak

Heydər Əliyev müasir Azərbaycanın qurucusudur. Müharibə şəraitində olan Azərbaycanda Heydər Əliyev dövlət başçısı seçildi. Onun rəhbərliyi altında Azərbaycan sabitliyə nail oldu və inkişaf edən bir ölkəyə çevrildi.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Macarıstan Milli Assambleyanın sədr müavini Sandor Lezsak Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasda deyib.

O qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan misilsiz inkişaf mərhələsi keçib.

"Neft və qaz ixracı Azərbaycan üçün yeni imkanlar açdı", - deyə o bildirib.

S. Lezsak vurğulayıb ki, Azərbaycan və Macarıstan xalqları bir-birini qardaş xalq kimi qiymətləndirir.

"Bu gün Macarıstan və Azərbaycan bir-birinə etibar edir. Azərbaycan hər zaman Macarıstana arxalana bilər. Biz hər zaman Azərbaycana dost olaraq qalacağıq. İqtisadi və enerji sahəsində əməkdaşlığımız yüksək səviyyədədir. Azərbaycanın bizim ölkənin, ümumilikdə Avropanın enerji təhlükəsizliyində rolu böyükdür və yaxın gələcəkdə daha da artacaqdır. Azərbaycanın bugünkü inkişafı üçün zəmin Heydər Əliyev tərəfindən yaradılıb və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir", - deyə o əlavə edib.

Qeyd edək ki, Milli Məclisin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclası keçirilir. İclasda 228 xarici nümayəndə, o cümlədən 12 ölkənin parlamentinin sədri, 15 ölkə parlamentinin sədrinin müavini, 4 beynəlxalq təşkilatın nümayəndələri iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31