Paşinyandan Azərbaycan və Türkiyə ilə bağlı AÇIQLAMA
15 May 2023 22:03 SiyasətBütün qonşularla normal münasibətlərin qurulması vacibdir.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Çexiyanın "Respekt" nəşrinə müsahibəsində bildirib.
Paşinyan bunu Ermənistan üçün həyati vacib məsələ adlandırıb.
"Bu, ölkənin xarici siyasətinin əsas məqsədidir. Lakin müəyyən problemlər var", - deyə Paşinyan bildirib.
Ermənistan lideri bildirib ki, ölkəsinin Gürcüstan və İranla yaxşı münasibətləri var və onlar inkişaf etdirilməli, təkmilləşdirilməlidir.
"Türkiyə və Azərbaycanla təmaslar demək olar ki, yoxdur və bunu dəyişdirmək lazımdır", - deyə Paşinyan bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31