Milli Məclisdə Ukrayna Ali Radasının nümayəndələri ilə görüş keçirilib

Milli Məcis sədrinin müavini Adil Əliyev  "Ümummilli Lider Heydər Əliyevin 100 illiyi"nə həsr olunmuş Milli Məclisin xüsusi iclasında iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn Ukrayna Ali Radası Sədrinin müavini xanım Olena Kondratiukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. "Olaylar" xəbər verir ki, görüşdə ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərdən bəhs edərək, qarşılıqlı fəaliyyətin hər iki ölkənin mənafeyinə uyğun olmasını qeyd edilib. A. Əliyev Ermənistanın 30 il davam etmiş təcavüzündən bəhs edərək, işğal altında qalmış rayon və şəhərlərimizin xarabalıqlara çevrilməsini bildirib. İşğaldan sonra isə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılmış abadlıq-quruculuq işlərindən bəhs edərək, beynəlxalq hava limanlarının tikilməsini, "ağıllı şəhər", "ağıllı kənd" kimi müasir layihələrin salınmasını, nəticədə məcburi köçkünlərin 30 ildən sonra öz evlərinə geri qayıtmasını bildirib. İclasda deputat Məşhur Məmmədov və Erkin Qədirli iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31