Brüssel görüşünü konstruktiv hesab etmək olar - ÖZƏL

"Brüsseldə Azərbaycan və Ermənistan dövlət rəhbərlərinin  baş tutan görüşünü verilən bəyanatlar baxımından konstruktiv hesab etmək olar".

Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, tərəflərin mövqelərindəki yaxınlaşma ərazi bütövlüyünün tanınması, Zəngəzur dəhlizinin açılmasının vacibliyi kimi fikir birliyi onu deməyə əsas verir ki, münaqişənin hər iki tərəf üçün qəbuledilməz olduğu barədə fikir birliyi vardır. Avropa Birliyinin də bu istiqamətdə ardıcıl addımları müsbət nəticələrə olan inamı artırır: "AB-nin Cənubi Qafqaz siyasətinin səmimi olduğunu sübut edir, münaqişənin tezliklə başa çatmasını istədiyini göstərir". 

Politoloq deyib ki, AB Azərbaycanın bu istiqamətdə atdığı addımları qəbul edir: "Azərbaycanın AB-nin təhlükəsizliyi baxımından vacib olan layihələrin reallaşmasında bu münaqişənin təhlükə yaratdığı gerçəyini də qəbul edir:

"Hesab etmək olar ki, Brüssel görüşü müsbət bəyanatlar baxımından qəbul edilir olsa da, real nəticə alınması üçün görüləcək işlərin olduğu gerçəyini də göz ardı etmədi. 

Konkret nəticə alınması üçün hələ alınması vacib olan problemlərin olduğu şübhəsizdir. Geosiyasi vəziyyət tədricən nəticə əldə etmək üçün müsait duruma yaxınlaşır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31