Qırğızıstan parlamentinin spikeri və nümayəndə heyəti Azərbaycana səfər edib
15 May 2023 12:18 SiyasətQırğızıstan parlamentinin spikeri Nurlanbek Şakievin başçılıq etdiyi parlament nümayəndə heyəti Azərbaycana səfər edib.
Trend TurkicWorld-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, səfər çərçivəsində N.Şakievin Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak edəcəyi, həmçinin bir sıra yüksək səviyyəli görüşlər keçirəcəyi gözlənilir.
Bundan əlavə, nümayəndə heyəti Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş ofisinə baş çəkəcək və onun fəaliyyəti ilə tanış olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31