Brüsseldə Azərbaycan və Ermənistanla lazım olan qədər tezlikdə görüşlər keçirmək qərarına gəlinib - Şarl Mişel (YENİLƏNİB)

Brüsseldə Azərbaycan və Ermənistanla lazım olan qədər tezlikdə görüşlər keçirmək qərarına gəlinib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata bəyanatında deyib.

"Bizim yeganə məqsədimiz Ermənistan və Azərbaycana hərtərəfli və ədalətli sülhə nail olmaqda kömək etməkdir. Biz onların birgə səylərinə töhfə verməyə hazırıq. Biz razılaşdıq ki, lazım olan qədər tezlikdə Brüsseldə görüşlər keçirək. Liderlər iyulda Brüsseldə yenidən görüşəcək. Biz həmçinin Fransa prezidenti Makron və Almaniya kansleri Şolzla yaxın vaxtlarda Kişinyovda keçiriləcək 2-ci Avropa Siyasi Birliyinin Zirvə toplantısı çərçivəsində yenidən görüşəcəyik. Oktyabr ayında Qranadada keçiriləcək üçüncü EPC sammitində liderləri başqa oxşar görüşə də dəvət etmək niyyətindəyəm", - deyə o bildirib.

Xatırladaq ki, mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31