Danışıqlar masasındakı gündəliyi dəyişməyə çalışırlar - ÖZƏL
12 May 2023 15:55 Siyasət"Qarabağdakı separatçılar da təxribatlara başlayıb. Tərtər, Xocalı, Şuşa və Laçın rayonları istiqamətlərində ordumuza qarşı 9 dəfə atəş açıblar". Bunu "Olaylar"a deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Ermənistanın sərhəddə törətdiyi təxribatla separatçıların açdığı atəş eyni hədəfə hesablanıb: "Danışıqlar masasındakı gündəliyi dəyişməyə çalışırlar. Bu təxribatlar separatçıların ordumuza qarşı atəş açdığı mövqelərinin legitim hədəf olaraq məhv edilməsini qaçılmaz edə bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31