Türk dünyasının Şuşanın mədəni zənginliyinə verdiyi qiymət - ÖZƏL

Xəbər verildiyi kimi, Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçilib. Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul edilib.

Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsinə münasibətini bildirən "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman  Muradlı  "OLAYLAR"-a bildirib ki, bu qərar bir neçə parametrlər üzrə mühüm əhəmiyyət kəsb edir: "Hər şeydən əvvəl sözügedən qərar Şuşanın Türk dünyası, Türk Dövlətləri Təşkilatı üçün nə dərəcədə önəmli olduğunu ortaya qoyur. Bu qərar həm də Şuşanın mədəni zənginliyinə verilən qiymət, ona göstərilən etimaddır".

Arzuman Muradlı deyib ki, 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan Şuşada il ərzində çoxsaylı tədbirlər təşkil olunacaq ki, bu da Şuşanın türk dünyasında daha yaxından tanıdılmasına vəsilə olacaq: "Bu həm də türk dünyasına daxil olan ölkələr vasitəsilə Şuşanın dünyada yaxından tanıdılması demək olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31