Parlament insan alveri ilə bağlı illik hesabatı təsdiq edib

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məruzəsi təsdiq edilib.  "Olaylar" xəbər verir ki, məruzəni Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edib. Deputatların müzakirəsindən sonra İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı səsə qoyularaq, qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31